Fevral ayı niyə 28 gündən ibarətdir?

03 Haziran 2016
2 961
0
Fevral ayı niyə 28 gündən ibarətdir?
Fevral ayı niyə 28 gündən ibarətdir?

Bu sual bəlkə də bir çoxlarını maraqlandırır. Feat.Az sizə Atv.az-ın araşdırmasını təqdim edir:

Əfsanəyə görə, bir zamanlar fevral ayında hər il 29 gün olurdu. Bİr gün Avqust Sezar fevraldan bir günü “oğurlayaraq” o zaman 30 gün olan avqusta (öz şərəfinə adlandırılan aya) əlavə etdi.

Amma təbi ki, bu bir əfsanədir. Əslində fevral ayı əvvəllər də hər il 28 gün olub. Bu ay Romalıların ağılına sonradan gələn bir şey idi. Miladdan öncə, 8-ci əsrdə, ilin mart ayında başlayıb, dekabr ayında bitən, 10 aylıq bir təqvimi var idi. Yanvar və fevral ayları yox idi. O zaman il bu ayladan ibarət idi:

Mart: 31 gün
Aprel: 30 gün
May: 31 gün
İyun:30 gün
İyul: 31 gün
Avqust: 30 gün
Sentyabr: 30 gün
Oktyabr: 31 gün
Noyabr: 30 gün
Dekabr: 30 gün

Bu rəqəmləri cəmlədikdə bir ilin 304 gün olduğunu görürük. Çünkü o zaman qış mövsümünün bir adı yox idi. Bu zamana heç kəs önəm vermədiyi üçün qış fəslindəki günlər aylara bölünməmişdi. İlin 61 günü demək olar ki, kənarda qalırdı.

Kral Numa Pompilius bunun çox avam düşüncə olduğunu bildirərək qeyd edir ki, “Madam ki ilin 6 ayıdan birini heçə sayırıqsa, o zaman təqvimə nə ehtiac var ki?”

Beləcə, bizim eradan əvvəl 713-cü ildə təxminən 355 günlük, yanvar və fevral aylaını da əhatə edən bir təqvim hazırlandı.

Romalılar batil inanclara çox düşgün olduqları üçün rəqəmlərə diqqət yetirməyə başladılar. Aylardakı gün sayının cüt olması onlara görə, uğursuluq gətirəcəkdi. Amma bir problem var idi. Deməli, gün sayı 355 olduğu üçün 1 ay mütləq cüt rəqəmli olmalı idi. Cecil Adamsın “Madam ki, uğursuz ay olacaq, o zaman qısa olan ay olsun” deyir. Beləliklə, təqvim bu cür hazırlanır:

Mart: 31 gün
Aprel: 29 gün
May: 31 gün
İyun: 29 gün
İyul: 31 gün
Avqust: 29 gün
Sentyabr: 29 gün
Oktyabr:31 gün
Noyabr: 29 gün
Dekabr: 29 gün
Yanvar: 29 gün
Fevral: 28 gün

355 günlük təqvimdə bəzi xətalar var idi. Çünki ildə gün sayları düz gəlmirdi. Əslində 365 gün olması lazım olduğa halda, təqvimdə 355 gün var idi. Bu minvalla bir-neçə il sonra fəsillərin yeri dəyişəcəkdi. Ona görə də, illər keçdikdən sonra “Mercedonius” adında 27 günlük bir sıçrama ayı əlavə edib, təqvimi nizamlayırdılar. Qısası, ilin başına “it” oyunu açırdılar.

Bu vəziyyət hər zaman sıxıntı yaradırdı. Sıçrama ayı olduqca nəməlum qalırdı. Çünkü bu ayı Romanın baş rahibləri ürəyləri istədiyi vaxtda müəyyən edirdilər.

Beləliklə, Yuli Sezar sıçrama ayını aradan qaldıraraq, təqvimi yenidən düzəldir. O, təqvmi günəşə görə nizamladı və hər aya bir neçə gün əlavə etdi. Beləcə bütün ayların günlərini topladıqda 365 gün alındı. Fevral ayı isə olduğu kimi, 28 gün olaraq qaldı.

Fevral ayının 4 ildən bir 29 gün olması isə, yerin günəş ətraflnda tam dövrə vurması ilə əlaqədardır. Bir il 365 gün 6 saat çəkir. Bu 6 saatlar 4 ildən bir 24 saat – yəni 1 gün edir. Ona görə də 4 ildən bir fevral ayı 29 gün olur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.