Çox maraqlı: Qapılar olmayan qəsəbə ( Məqalə + Şəkillər )

05 Haziran 2016
2 081
0
Çox maraqlı: Qapılar olmayan qəsəbə ( Məqalə + Şəkillər )

Feat.Az saytı çox maraqlı bir araşdırma həyata keçirib. Maraqlı bir qəsəbə haqqında izləyicilərimizə məlumat veririk:

Bir qəsəbə düşünün ki, orada evlərin qapısı yox, mağazaların qapısı açıq və insanlar da özlərini çox təhlükəsizlikdə hiss edirlər.

Bu qəsəbə Hindistanın Maharaştra bölgəsində yerləşir. İnsanların bu qədər qorxusuz şəkildə yaşamağı "Şani Şinqnapur" rəvayəti ilə bağlıdır. Onlara görə Kral Şani, Saturn allahı , qəsəbəni hər zaman qoruyur.

Bu rəvayət 300 il bundan öncəyə qədər uzanır. Rəvayətə görə bir gün aramsız yağan yağışlar və daşqından sonra Panasnala çayı sahilində selin gücündən üzəri tamamilə yuyulmuş bir qaya parçası tapılıb. Bu qaya parçası daşqın zamanı qəsəbənin hər tərəfindən keçərək sonda çayın sahilində dayanıb. Yerlilər bu 1.5 m hündürlüyündəki qaya parçasına çubuqla toxunduqda qan sızmağa başlayıb.Həmin hadisənin gecəsi "Şani" qəsəbənin xəyallarında peyda olub və həmin qaya parçasının onu şəxsi bütü olduğunu bildirib. Şani deyib ki, "Allah" həmin daşın bundan sonra qəsəbədə yaşamalı olduğunu bildirirb. Ancaq qaya parçasının üzəri heç bir şeylə örtülməməlidir ki, o qəsəbəni daha yaxşı nəzarətdə saxlaya bilsin.

Bundan sonra qəsəbə əhalisi həmin daşı mərkəz meydanda üzərində heç bir olmadan açıq şəkildə yerləşdiriblər və qapıları ləğv etməyə başlayıblar ki, kral onları daima izləyir.

Çox maraqlı: Qapılar olmayan qəsəbə ( Məqalə + Şəkillər )

Bu ənənə artıq nəsildən nəsilə davam edərək bu günə qədər gəlib çatıb. Sakinlər qapıya sadəcə nazik taxtadan panellər yerləşdirirlər. O da sədəcə itləri və digər heyvanları evə girməkdən uzaq tutmaq üçündür. İnsanlar pulları və bahalı əşyalarını evdə açıq şəkildə qoyub rahatlıqla gedirlər. Onlar düşünürlər ki, müqəddəs qoruyucuları onları hər təhlükədən qoruyacaq. Hətta qəsəbə meydanındakı ictimai tualetlərdə belə qapı yoxdur. Sadəcə adi pərdə ilə örtülür.

Hətta dövlət müəssisələri belə bu ənənəni pozmamağa çalışır. 2015-ci ilin sentyabr ayında fəaliyyətə başlayan polis bölməsinin də qapısı yoxdur. Bu bölməyə sakinlərdən hələ də heç bir şikayət daxil olmayıb. Birləşmiş Kommersiya Bankı da Hindistanın ilk "açıq" filialını bu qəsəbədə açıb. Sakinlərin inancına hörmət əlaməti olaraq açılıb-bağlanması uzaqdan avtomatik idarə olunan girişi şüşə ilə örtülüb ki, içəridə baş verənlər aydın görünsün.

Sakinlər təhlükəsizlik məsələlərinə qarşı çox laqeyddirlər. Belə ki onlar evdən kənarda olduqlarında belə, qonşularına onların evlərinə nəzarət etmələrini istəmirlər. Onlar inanırlar ki, oğrular tədricən etdikləri işin cəzasını alacaq, nadürüstlərin başına 7 il bəd hadisələr gələcək.

Bu qəribə ənənəyə görə qəsəbə Hindistanın hər tərəfindən insanları cəlb edir. Ancaq bəzi ziyarətçilər oğurluq faktlarının olduğunu bildiriblər. Bir neçəsi maşınından bahalı əşyaların və nəğd pulun oğurlandığını bildirib. Bəzi insanlar oğurluq hadisələrinin çox az olmasını qəsəbənin çox uzaq yerdə yerləşməsi ilə əlaqələndirir.

Buna baxmayaraq zaman və insanlar dəyişir. Artıq bəzi sakinlər qapıların qoyulmasını istəyirlər. Bəziləri də hələ də ümid edirlər ki, bu qədim ənənələri sona qədər yaşayacaq.
Çox maraqlı: Qapılar olmayan qəsəbə ( Məqalə + Şəkillər )

Çox maraqlı: Qapılar olmayan qəsəbə ( Məqalə + Şəkillər )

Çox maraqlı: Qapılar olmayan qəsəbə ( Məqalə + Şəkillər )



Elvin Nəsibov
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.