Azərbaycanlı qadın Ermənistana keçməyib - AÇIQLAMA

08 Haziran 2016
1 464
0
Azərbaycanlı qadın Ermənistana keçməyib - AÇIQLAMA
İcra başçısı məsələyə aydınlıq gətirdi.

Tovuz rayon Yanıqlı kənd sakini Zöhrə Vardzor qızı Vəliyevanın guya Ermənistan tərəfə keçməsi haqda erməni mediasının yazdıqları yalandır.

Feat.Az xəbər verir ki, bu barədə Report-a Tovuz rayon İcra Hakimiyyətinin Yanıqlı kənd üzrə nümayəndəsi Yaşar İsmayılov bildirib.

İcra nümayəndəsi qeyd edib ki, bu xəbərlər həqiqəti əks etdirmir:

“Tovuz rayon Yanıqlı kəndində bu adlı, soyadlı sakin yoxdur. Erməni mediasında adı yazılmış şəxsin atasının adı da uydurma olması ilə diqqət çəkir”.

Qeyd edək ki, “News.am” erməni saytı bu gün 39 yaşlı Tovuz rayon Yanıqlı kənd sakini Zöhrə Vardzor qızı Vəliyevanın qarşı tərəfə keçməsi haqda xəbər yayıb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.