Facebook Messenger-ə yeni xidmət əlavə edildi - FOTO

15 Temmuz 2016
928
0
Facebook Messenger-ə yeni xidmət əlavə edildi - FOTO
Instant Articles ilə istifadəçilər Facebook-da daxil olduqları linklər üzərindən( xüsusilə xəbər) orijinal adresə gedib yüklənməsini gözləmək əvəzinə tətbiq daxilində linkdən məlumatı oxuya bilir.

Beləliklə, istifadəçilər istədikləri hər hansı linkdəki məlumatları çox rahat və sürətli çata bilir.

Feat.Az xeberler.az-a istinadən xəbər verir ki, media qurumları ilə əməkdaşlıq edən Facebook eyni zamanda həmin qurumlara da pul qazandırır.Şirkət indi də bu xidməti Messenger-ə gətirir.

Bundan sonra Facebook Messenger üzərindən bir link yolladığınızda Instant Articles-ı dəstəkləyirsə sürətli formada həmin məlumata çata biləcəksiniz.

Android üçün bu gün istifadəyə təqdim edilən xidmət gələcək iOS platformasına da gələcək.

Facebook Messenger-ə yeni xidmət əlavə edildi - FOTO
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET