Facebook Messenger çoxdan gözlənilən yeniliyini təqdim etməyə hazırlaşır
The Verge-in xəbərinə görə, İyul ayında başlayan və artıq bütün istifadəçilər üçün istifadəyə verilən şifrələmə xüsusiyyəti sayəsində öz danışıqlarınızı hackerlərdən, hökümət nümayəndələrindənvə hətta "Facebook"un özündən qorumaq mümkün olacaq.
Gizli danışıqlar adıyla istifadə olunan seçimi əlaqənizdəki bir istifadəçinin adının üzərinə klik edərək aktiv hala gətirə bilərsiniz. Bundan əlavə mesajlar üçün öz-özünü silmə xüsusiyyəti də əlavə olunub. Belə ki, siz mövcud tənzimləmələri edərək mesajların bir müddət sonra silinməsinə nail ola bilərsiniz.
Bu yenilikdə siz GIF və ya video göndərə bilməsəniz də foto və stiker göndərməyinizdə heç bir problem olmayacaq. Bundan əlavə şifrəli danışıq üçün hər iki tərəfin də Messenger-in ən son versiyasına sahib olması vacib şərtdir.
Maraqlı bir digər məqam isə danışıqlarızı yalnız bir cihaz üzərində apara bilərsiniz, çünki söhbətlərinizi sadəcə bir cihaz üzərindən oxuya bilərsiniz. Son olaraq cihazınızda saxlanan bütün gizli danışıqları profil tənzimləmələri üzərindən silmə şansınız da mövcuddur.
Facebook-un təqdim etdiyi bu yenilik digər messencer platformalarında artıq mövcud olsa da şifrələmə xüsusiyyətinin Messenger-ə gəlməsi sevindirici haldır.