“WhatsApp”ın təhlükəsizlik üçün yeni funksiyası maraq doğuracaq

23 Eylül 2016
1 736
0
“WhatsApp”ın təhlükəsizlik üçün yeni funksiyası maraq doğuracaq
"WhatsApp”, yaxın zamanda 6 simvollu şifrə olacaq formatda yeni bir şifrələmə xüsusiyyətini elan edə bilər.

"Technote”-nin "Android Authority”yə əsasən verdiyi xəbərə görə "WhatsApp”, gələcəkdə təhlükəsizlik tədbirlərini ən üst pillələrə çıxarmağı düşünür. Gələn bir məlumata görə şirkət, məşhur mesajlaşma tətbiqi üzərində 6 simvollu şifrələmə sistemini yoxlayır.

Holland dilindən edilən tərcümələrdən yola çıxaraq şifrələmə sistemində "6 simvollu bir şifrə daxil edin”, "şifrəniz uyğunlaşmır, təkrar yoxlayın”, "bir xilasetmə e-maili daxil edin” kimi bildirişlərin və xəbərdarlıqların olduğu bildirilir.

Başdan-sonra şifrələmə ilə danışıqlarınızı proqramlaşdırma cəhətdən qoruyub mesajlarınıza kənar şəxslərin müdaxilə etməsinə mane olan "WhatsApp”, yeni şifrələmə sistemi ilə tətbiqə telefon üzərindən müdaxilə mövzusunda da idarəni tamamilə istifadəçiyə təhvil verir. Bu seçimin çox güman ki istifadəçinin istəyinə buraxılacağı, hər hansı bir məcburi istifadə şərtinin olmayacağını düşünürük.

Yeni şifrələmə xüsusiyyətinin nə vaxt istifadəyə veriləcəyi barədə bir məlumat hələki yoxdur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.