"WhatsApp" mesajları TƏHLÜKƏDƏ

14 Ocak 2017
2 265
0
"WhatsApp" mesajları TƏHLÜKƏDƏ
"WhatsApp" messencerində cinayətkarlara və ya xüsusi xidmətlərin əməkdaşlarına şifrələnmiş məlumatları ələ keçirməyə imkan verən boşluq aşkarlanıb.

Feat.Az bildirir ki, salamnews-un "Lenta.ru"ya istinadla verdiyi xəbərə görə, tətbiqetmədəki "dəliyi" Kaliforniya Universitetinin alimi Tobias Bolter tapıb. Mütəxəssis əvvəlcə 2016-cı ilin aprelində "Facebook"a ("WhatsApp"ın sahibi) müraciət edib və aşkarladığı boşluğun məğzini təsvir edib. Sosial şəbəkə rəhbərliyi oxşar problemin mövcudluğundan xəbərdar olduğunu, lakin yaxın vaxtda onu aradan qaldırmağı planlaşdırmadığını qeyd edib.

Bolter iddia edir ki, təhlükəli boşluq hələ də aradan qaldırılmayıb.


2016-cı ilin aprelində "WhatsApp" birbaşa məsafədən məlumat şifrələməsi (end-to-end) tətbiq edib. Şifrələmə yalnız dialoq iştirakçılarına yazışmanın tərkibinə çıxış təmin edir. Messencer dəfələrlə, hətta şirkət işçilərinin istifadəçilərin nə barədə yazdıqlarını öyrənmək iqtidarında olmadıqlarını vurğulayıb.

Alim şifrələmə açarı dəyişdiyi halda istifadəçilərin bildiriş almadıqlarını aşkarlayıb. Messencerin tənzimləmələrində yeni açarın əmələ gəlməsi barədə bildirişi yandırmaq olar, lakin istifadəçilər yalnız məlumatın göndərilməsindən sonra bildiriş alırlar.

Açar dəyişərkən çatdırılmayan məlumatlar yenidən şifrələnir və təkrar göndərilir. Nəzəri olaraq oxşar fəaliyyət məlumatların ələ keçirilməsi və şifrənin oxunması imkanı yaradır.

"Əgər hökumət strukturları "WhatsApp"dan məlumatlara girişi açmasını xahiş etsə, o zaman rəhbərlik bunu şifrələmə açarının dəyişdirilməsi vasitəsilə asanlıqla edə bilər", - Bolter qeyd edib.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.