Windows10 Kompüterleri avtomatik bağlayacaq

14 Ocak 2017
1 219
0
Windows10 Kompüterleri avtomatik bağlayacaq
Microsoft korporasiyası Windows 10 əməliyyat sisteminə istifadəçi fərdi kompüterdən uzaqlaşanda onu avtomatik bloklamağa imkan verəcək Dynamic Lock adlanan funksiya üzərində çalışır.

Feat.Az məlumat verir ki, funksiya yeni sınaq Windows 10 Microsoft quraşdırmasında yer alıb. Əməliyyat sistemi istifadəçinin iş yerini tərk etməsini aşkarladığı halda kompüteri avtomatik bağlayan Dynamic Lock funksiyasının adının gələcəkdə Windows Goodbye olacağı ehtimal edilir.

Hazırda istifadəçinin kompüterin qarşısını tərk etməsinin necə müəyyənləşdirilməsi barədə məlumat verilmir. Bu, yaxınlaşma ötürücülərinə əsaslanma və ya kompüterin istifadəçiyə Windows Hello vasitələri ilə quraşdırılmış kamera ilə nəzarət edəcəyilə mümkündür.

Funksiyanın kompüterdə məxfi informasiya saxlayan və tez-tez ondan uzaqlaşan ofis işçiləri üçün faydalı olacağı bildirilir.

Dynamic Lock funksiyasının təqdim edilməsi bu ilin aprelində gözlənilən gələcək Windows 10 Creators Update yenilənməsinin tərkib hissəsi olacağı gözlənilir./xeberler.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.