Facebook istifadəçilərinə kobud səhv buraxıb

14 Kasım 2016
1 212
0
Facebook istifadəçilərinə kobud səhv buraxıb
"Hətta sosial şəbəkənin təsisçisi Mark Zukerberqdə sözügedən səhvin qurbanı olub"

“Facebook” sosial şəbəkəsi yüzlərlə istifadəçisinin səhifəsində səhvən ölümləri barəsində qeyd yerləşdirib.

Məlumata görə, bəzi istifadəçilər qısa müddət ərzində öz səhifələrində yerləşdirilmiş ölüm xəbərini müşahidə edə biliblər. Hətta sosial şəbəkənin təsisçisi Mark Zukerberqdə sözügedən səhvin qurbanı olub.

Sosial şəbəkə rəsmiləri artıq baş verənlərə görə istifadəçilərdən üzr istəyib.

“Bu dəhşətli səhvi artıq aradan qaldırdıq”, - deyə bildirilib.

Qeyd edək ki, 2004-cü il fevralın 4-də yaradılan “Facebook” sosial şəbəkəsinin orta aylıq auditoriyası 1,7 milyard istifadəçi təşkil edir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.