Facebook-da yenilik

25 Aralık 2016
1 362
0
Facebook-da yenilik
Facebook-da radio da dinləmək mümkün olacaq.
Bu xidmətin sayəsində onlayn rejimdə audio yayımlar həyata keçirmək mümkün olacaq. Funksiya öncə radiostansiyalara və audiokontentlə işləməyə üstünlük verən şirkətlərə istiqamətlənib. Sosial şəbəkənin ilk tərəfdaşları BBC və LBC olub.

Feat.Az xəbər verir ki, bu barədə şirkətin rəsmi bloqunda məlumat verilib.

İstifadəçilər "Android" və iOS əməliyyat sistemlərində Facebook əlavəsində radio dinləyə biləcəklər. Bununla belə, "iPhone" və "iPad" sahibləri üçün striminq yalnız sosial şəbəkənin açıq xidmətində əlçatan olacaq. Öz növbəsində, "Android" cihazların istifadəçiləri yayımları cihazın ekranı blokda olan zaman da dinləyə biləcəklər.

Facebook sosial şəbəkənin bütün iştirakçıları üçün artıq 2017-ci ilin əvvəlindən audio yayımlara başlamağı planlaşdırır./Milli.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.