Bu 10 qeyri adi söz yalnız bakılılara məxsusdur və onlar anlayır
Hər şəhərimiz, bölgəmizə xas olan dialekt və şivələrin gözəlliyini hər kəsə nümayiş etdirmək fikrindəyik.
Bəzi sözlər ancaq bir şəhər və ya müəyyən bir zonada yaşayan insanlar tərəfindən başa düşülür, gündəlik həyatda da tez-tez işlədilir. Siz əgər həmin yerlə yaxından-uzaqdan əlaqəsi olmayan bir insansınızsa, ilk dəfə bu sözləri eşitdikdə başa düşməyə, özünüzü bir az qəribə hiss edə bilərsiniz. Bu gün biz Bakı dialektindən bir neçə söz təqdim edəcəyik.
Bakı dialekti Azərbaycan dilinin şərq qrupu dialekt və şivələrinə daxildir. Bu qrupa daxil olan digər şəhərlər Şamaxı, Quba, Lənkəran və Muğan dialektləridir. Ona görə də siyahımızda bəzi sözləri bu ərazi içində yaşayan digər insanlar da başa düşə bilər. Amma bu sözlər adətən təkcə bakılılar tərəfindən sıx işlədilir.
Əgər sizin də yaşadığınız bölgəylə bağlı belə bir siyahı hazırlamaq fikriniz olsa, elə indi işə başlayıb, Pahoo-da yayımlaya bilərsiniz.
1. Zivə
Paltarları asmaq üçün istifadə olunan ipə bakılılar ''zivə'' deyirlər. ''Zivədən paltarları yığ!'' cümləsini eşitsəniz, təşvişə düşmədən işə başlaya bilərsiniz.
2. Nöş, nöşün
“Nə üçün” sözünün canlı dildə işlənən qeyri-müəyyənlik bildirən təhrif edilmiş forması. Çox tez-tez işlədilən sözdür. Bakılı dostlarınız varsa, yəqin ki bu söz elə sizin də dilinizə düşüb.
3. Mömə
Adətən anaya, bəzi hallarda isə nənəyə edilən müraciət forması. “Mömənin yanından gəlirəm,” cümləsini eşitsəniz, bilin ki bakılı dostunuz indicə doğmalarının görüşündən gəlir.
4. Masqura
Balaca kasa. Adətən şorbanın içilməsi üçün masquradan istifadə edilir.
5. Peyğəmbəri
Qarğıdalı yeməyi sevirsinizsə, bu sözü də yadınızda saxlamağı sizə tövsiyə edirik. Bakılılar qarğıdalıya peyğəmbəri deyir.
6. Abgərdən
Sulu yeməyi tökmək üçün istifadə edilən vasitəyə bakılılar bu adı qoyublar.
7. Külafrəngi
Adətən bağ yerlərində ən hündür yerdə salınan eyvan formalı istirahət yeri. Bakılıların ən sevimli istirahət yeridir desək, yəqin ki yanılmarıq.
8. Əziz-girami
Çox doğma və əziz adam haqqında işlədilən sözdür. Əziz-xələf kimi bir digər versiyası da mövcuddur.
9. Belənçiynə
Belə sözünün maraqlı formada uzadılmış versiyasıdır. Bəzən “belənçignə”, şimala tərəf getdikcə isə “belənkimic” kimi səsləndirmələrinə də rast gəlinir.
10. Şüvən
Həyasız adamlara adətən bakılılar şüvən (düzgün yazılışı - şivən) deyirlər. “Filankəs çox şüvən adamdır,” adətən heç nədən söz çıxaran, hər sözü söz edən adamlar haqqında deyirlər.