Tam yeni heyrətamiz arxaötürücülü Lamborghini Huracan - FOTO

24 Kasım 2016
3 128
0
Tam yeni heyrətamiz arxaötürücülü Lamborghini Huracan - FOTO
“Lamborghini” şirkəti rodster “Huracan Spyder”-ın arxaötürücülü versiyasını təqdim edib. Model Los-Anceles avtosalonunda debüt edib. İkiqapılı 5,2-litrlik benzin V10 mühərriki ilə təchiz edilib ki, o, 580 a.g. və 540 Nm fırlanma anına malikdir. Mühərrik robotlaşdırılmış, iki muftası olan “Lamborghini Doppia Frizione” sürət qutusu ilə təchiz edilib.

Çəkisi 1509 kiloqram olan rodster yerindən 100 km/saata 3,6 saniyəyə sürətlənir. Superkarın maksimal sürəti isə 319 km/saatdır. Modelin arxaötürücülü modifikasıyası, həmçinin yeni elektronika, yenidən tənzimlənmiş sükan idarəçiliyi, amortizatorlar, məxsusi olaraq arxaötürücülü “Huracan” üçün hazırlanmış “Pirelli PZero” şinləri, rəqəmsal cihazlar paneli alıb.

“Huracan”-ın damı açılır və 17 saniyəyə avtomatik yığılır. Bu əməliyyatı 50 km/saat sürətdə yerinə yetirmək olar. Arxaötürücülü “Lamborghini Huracan Spyder”-in satışı 2017-ci ilin yanvarında başlayacaq. /auto.az/


Tam yeni heyrətamiz arxaötürücülü Lamborghini Huracan - FOTO

Tam yeni heyrətamiz arxaötürücülü Lamborghini Huracan - FOTO

Tam yeni heyrətamiz arxaötürücülü Lamborghini Huracan - FOTO

Tam yeni heyrətamiz arxaötürücülü Lamborghini Huracan - FOTO

Tam yeni heyrətamiz arxaötürücülü Lamborghini Huracan - FOTO
Əvvəlki Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.