Bu 11 hərəkəti qırx yaşından sonra etməyin - PEŞMAN OLACAQSINIZ

27 Kasım 2016
1 429
0
Bu 11 hərəkəti qırx yaşından sonra etməyin - PEŞMAN OLACAQSINIZ
Əksər insanlar 30-40 yaş arasında etdikləri işlərin böyük bir hissəsindən sonda peşman olurlar.

"Reddit” oxucularının rəylərinə əsasən insanı qırx yaşından sonra peşman edən 11 davranış siyahısı hazırlayıb.

Fərq etməz, siz 30 yaşınıza təzə qədəm qoymusunuz, ya artıq 40 yaşı keçmisiniz bu məsləhətlər sizə yardımçı olacaq.

1. Başqalarının qanunlarına uyğun yaşayırsınız
30 yaşında ictimai fikrin ağırlığını öz üzərinizdə əvvəlkindən qat-qat daha çox hiss edəcəksiniz, lakin yenə də imkan verməyin ki, digərləri sizi idarə etsin. Əks halda ev almaq, ailə həyatı qurmaq, övlad sahibi olmaq və s. mövzulara görə çox narahat olacaqsınız.
Digərlərinin məsləhətlərini eşidin, amma onlara kor-təbii əməl etmək məcburiyyətində deyilsiniz. Bu sizin həyatınızdır və onu istədiyiniz kimi yaşayın. Bir qayda olaraq, əgər sizin həyat tərziniz cəmiyyətin "normal” anlayışından kənara çıxırsa, buna görə özünüzə qapanmağa ehtiyac yoxdur. Siz fərqlisiz və burada heç bir pis şey yoxdur, əksinə fərqli olmağınız sizin həyatı daha maraqlı edir.

2. Valideynlərinizlə çox az vaxt keçirmisiniz
Bir çox insan valideynləri cavan və sağlam olduqları zaman onlarla çox az vaxt keçirdiklərinə görə peşman olurlar. İllər keçdikcə bu gün sizə adi görünən valideynlərinizlə birgə səyahət, gəzinti və ya sadəcə söhbət imkanı getdikcə çətinləşir.

3. İlk növbədə işi üstün tutursunuz
Yadda saxlayın ki, 30 yaşında işinizi hər şeydən üstün tutacağınız halda bir müddət sonra buna çox peşman olacaqsınız. Əsas vaxtınızı sizi sevənlərə ayırın. Heç bir iş, pul və ya karyera imkanı sizə sevdiklərinizlə birgə anlardan çox müsbət hisslər bəxş etməyəcək.

4. Əsəb və kinə çox vaxt sərf etmisiniz
Elə düşünürsünüz ki, sevmədiyiniz insanlar 30 yaşınızda harasa qeyb olacaqlar? Səhv düşünürsünüz. Onlardan bəziləri yenə də sizin gündəlik həyat dairənizdə olacaq və siz yenə də onlara vaxt və enerji sərf edəcəksiniz? Sizə mənfi təsir bəxş edən şəxsləri müəyyənləşdirin və onlara qarşı münasibətininiz dəyişməyə çalışın. Vaxtınızı əsəb və kinə sərf etməyin. Onların sonu yoxdur.

5. Özünüzü qoca və lazımsız hiss edirsiniz
Olsa bilsin ki, 30 yaşınızda özünüzə "Yox. Mən bu şey üçün artıq qocayam deyəcəksiniz”. Amma əslində bu böyük bir yalandır. Sizin 70 və ya 80 yaşınız yoxdur, cəmi 30 yaşınız var. 10 il öncə düşündüyünüz kimi dünya hələ də sizin onu kəşf edəcəyinizi gözləyir. Daxildə hər birimiz hələ də uşağıq. Daxilinizdəki uşağı eşidin, həyatınızı tam sürəti ilə yaşayın və cavanlığınızdan zövq alın.

6. Başqalarını özünüzdən vacib sayırsını
Öz şəxsi istək və tələblərinizi unudaraq, digərlərin ehtiyacları ilə maraqlanmaq lazım deyil. İndi həyatınız belədirsə, bu dəqiqə buna son qoyun. Özünüzü birinci yerə qoyan kimi, digər problemlər də öz həllini tapacaq. Siz özünüzü daha xoşbəxt hiss edəcəksiniz və ətrafdakılarınızın sizə qarşı münasibəti də dəyişəcək.
Öz problemlərinizin həllinə vaxt ayrısanız, 30 yaşınızda geriyə baxanda peşmanlıq hissi keçirməyəcəksiniz. Həyatınızı bir insan və ya bir iş ətrafında cəmləməyin, özünzə maraqlı və xoş olan bir işi görməyə çalışın.

7. Səhhətinizə diqqət etmirsiniz
Qəribədir, siz özünüzü artıq qoca adlandırırsınız, lakin vərdişləriniz hələ də yeniyetməyə uyğundur. Fastfudla qidalanırsınız, idman etmirsiniz. Bu kiçik vərdişlərdən imtina etmək kifayət qədər çətindir, lakin öz səhətinizi ciddiyə alın və ona qayğı göstərin. Əks halda, bədəniniz sizin ona biganə yanaşmanıza daha tez cavab verəcək.

8. Şansınızı əldən verməyin
Ola bilsin ki, siz çox ehtiyyat edən biri olmusunuz. Bəlkə də birinci bənddə qeyd olunmuş həyat tərzi əl-qolunuzu bağlayıb. Ehtiyyat etməyin də müəyyən həddi olmalıdır. Ona görə də qapı və pəncərələrinizin qıfıllarını açın, həyatınızı yaşayın və öz şansınızı əldən verməyin.

9. Pula qənaət etmirdiniz
Buna görə çox insan peşmanlıq hissi keçirir. Nə qədər tez pul yığmağa başlasanız, təqaüd (pensiya) yaşınıza bir o qədər böyük məbləğ toplamış olacaqsınız. 30 yaşınızda belə pul yığmağa və investisiya yatırmağa başlasanız, ürəyiniz istəyən vaxt təqaüdə (pensiyaya) çıxa bilərsiniz.

10. Az səyahət etmisiniz
Dünya sizin ayaqlarınızın altındadır, bir addım atın! Vaxtı boş yerə sərf etməyin, yaşınız artdıqca boş vaxt tapmaq getdikcə çətinləşəcək. İstənilən səyahət üçün uyğun bir yerin xəritəsini götürün və bir baş hava limanına.

11. Ətrafdakıların fikrinə çox diqqət ayrırısınız
Bu bəndi bütün yaş hədlərinə aid etmək olar. Digərləri sizin haqda nə deyər, nə düşünər və s. bu kimi boş hisslərə öz enerji və vaxtınızı sərf etməyin. Sizə vacib olan insanlar onsuzda sizi olduğunuz kimi qəbul edirlər, digərlərinin isə vecinə deyilsiniz.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.