"Səfərbərlik elan edirəm" - Ərdoğan
Feat.Az "Anadolu” agentliyinə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün keçirilən toplantıda çıxış edərkən deyib.
Ərdoğan qeyd edib ki, bu gün Türkiyəyə qarşı təhlükəli və qanlı planlar hazırlanır:
"Türkiyəni viran etmək istəyənlərə imkan verməyəcəyik. Suriyada, İraqa, Livana və digər ölkələrdə baş verənlər Türkiyədə olmayacaq. Bütün Türk millətinə səslənirəm ki, birlik, bərabərlik zamanıdır. PKK, İŞİD, FETÖ və digər terrorçu qruplaşmalara qarşı birləşmək lazımdır. Bu cür terror təşkilatlarına qarşı səfərbərlik elan edirəm”.
Ərdoğan əlavə edib ki, istər dağlarda, istərsə də şəhərdəki terrorçulara dəstək verənlər mütləq şəkildə cəzalandırılacaq.
ann.az