Metro Parkın yaxınlığında partlayış baş verib - FOTOLAR

29 Aralık 2016
1 440
0
Metro Parkın yaxınlığında partlayış baş verib - FOTOLAR
Feat.Az APA-ya istinadən xəbər verir ki, hadisə "Metropark" ticarət mərkəzinin yaxınlığında, Faiq Yusifov küçəsi, 43 ünvanında əvvəllər qazanxana kimi fəaliyyət göstərən tikilidə qeydə alınıb. Məlumata görə, ərazidə pilot layihə həyata keçirilir və "Rahatlığın məkanı" tikinti şirkəti söküntü işləri aparır. Qazanxananın işlədiyi dövrdən qalan köhnə mazut çənini həyətdən çıxarmaq mümkün olmadığından, çən şirkət əməkdaşları tərəfindən yandırılıb. Lakin çənin qapağı bağlı olduğundan, güclü partlayış olub.

Partlayış nəticəsində ətrafdakı tikililərə və avtomobillərə ziyan dəyib.


Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin texnika və canlı qüvvəsi, eləcə də, hüquq-mühafizə orqanlarının, Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri gəliblər. Partlayış nəticəsində başlayan yanğın söndürülüb, partlayışın səbəbləri ilə bağlı araşdırmalara başlanılıb.

Metro Parkın yaxınlığında partlayış baş verib - FOTOLAR

Metro Parkın yaxınlığında partlayış baş verib - FOTOLAR

Metro Parkın yaxınlığında partlayış baş verib - FOTOLAR

Metro Parkın yaxınlığında partlayış baş verib - FOTOLAR

Metro Parkın yaxınlığında partlayış baş verib - FOTOLAR
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.