Bu gün kütləvi öpüş günü olacaq
Feat.az xəbər verir ki, bu məqamda bir neçə ölkəyə xas Yeni il adətlərini təqdim edir:
Venesiyada kütləvi öpüş adəti mövcuddur. Venesiyadakı Müqəddəs Mark meydanı yalnız Yeni il atəşfəşanlığı ilə deyil, həm də kütləvi öpüşlərlər tanınır.
Ayı rəqsləri deyəndə Rumıniya yada düşür. Bəzi Rumınlar bayram günü ayı kostyumu geyinir, bu qiyafədə evləri gəzirlər.
Çilidə kiçik bir şəhərin özünəməxsus bayram adəti var. Belə ki, həmin şəhərciyin yerli sakinləri Yeni ili qarşılamaq üçün qəbiristanlıqda toplaşırlar. Bu adət Çilidə artıq 200 ilə yaxındır ki, mövcuddur. Qəbristanlığa toplaşan insanlar bayramı mərhum doğmaları ilə birgə keçirdiklərini düşünürlər.
Belçika deyəndə ilk ağla gələn südlü şokoladdır. Ona görə də orada inəklər xüsusi hörmət sahibidir. Onlar bayram günü də unudulmur. Adətə görə, yanvarın 1-i hər kəs səhər tezdən oyanır və inəkləri təbrik edir.