WhatsApp bundan sonra daha təhlükəsizdir - MÜTLƏQ OXUYUN - VİDEO YENİLƏNDİ
Feat.Az xarici mətbuata istinadən bildirir ki, İstifadəçilərinə daha əvvəlində ucdan uca şifrələmə sistemini təqdim edən WhatsApp, istifadəçilərin təhlükəsizliyini daha da artırmaq üçün iki mərhələli təsdiqləmə sistemini hazırladı. Bu xüsusiyyət sayəsində, sizin hesabınızla tətbiqə daxil olmaq istəyənlərin işi ciddi mənada çətinləşir.
WhatsApp tətbiqini açıb nizamlar/hesab/İki Mərhələli təsdiqləmə/Aktiv Et addımlarını izləyərək xüsusiyyəti aktiv hala gətirə bilərsiniz. Daha sonrasında isə sizdən 6 xanalı bir kod girməniz istənəcək. İstədiyiniz kodu təyin etdikdən sonra funksiyanı istifadə edə bilərsiniz.
Telefonu dəyişdirdiyinizdə və ya WhatsAppı telefonunuza yenidən yüklədiyinizdə, WhatsApp sizdən SMS təsdiqinin yanında bu 6 xanalı şifrəni də istəyir. Şifrəni unutsanız, WhatsAppı 7 gün müddətində istifadə edə bilmirsiniz. 7 günün sonunda isə bütün keçmiş yazışmalar silinərək SMS təsdiqi ilə tətbiqə çata bilirsiniz.
Şifrəni unutma riskinə qarşı WhatsAppın e-mail alternativi də var. İki addımlı təsdiqləmə xüsusiyyətini istifadə etmək istədiyinizdə tətbiq sizə istəyə bağlı olaraq e-mail ünvanı soruşur. Şifrəni unutduğunuzda e-mail ilə təsdiqləmə edə bilirsiniz. Lakin e-mail ünvanı qeyd olunmasa, WhatsApp 7 gün boyunca istifadə edilə bilmir.
Funksiya istifadəçilərə pilləli olaraq paylandığından "iki mərhələli təsdiqləmə"ni tətbiqdə görə bilməyənlər narahat olmasın. Çünki xüsusiyyət qısa müddətdə bütün istifadəçilərə çatdırılacaq.