Ər və Arvadın bədbəxt hadisə nəticəsində ölməsi

20 Ekim 2014
1 314
0
Ər və Arvadın bədbəxt hadisə nəticəsində ölməsi
Ər və Arvadın bədbəxt hadisə nəticəsində ölməsi

Xezerxeber.com-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, Hacıqabul rayonu, Pirsaat qəsəbəsində vətəndaşa məxsus VAZ markalı minik avtomobilinin üzərinə yüksək gərginlikli elektrik xəttinin düşməsi nəticəsində yanğın hadisəsi baş verib.

Nəticədə avtomobilin yanar hissələri yanmış və avtomobildə olan sürücü 1955-ci il təvəllüdlü Abdullayev Ayət Həsən oğlu və sərnişin 1960-cı il təvəllüdlü Abdullayeva Seyranə Əli qızı yanıq xəsarətlərindən hadisə yerində vəfat ediblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın saat 18:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.