“WhatsApp” bu mesajların göndərilməsini qadağan edəcək

17 Ocak 2018
2 302
0
“WhatsApp” bu mesajların göndərilməsini qadağan edəcək
“WhatsApp” messencerinə sahib “Facebook” şirkəti saxta mesajların aşkar edilməsi problem ilə ciddi məşğul olmağa başlayıb.

Messencerdə sınaqdan keçirilən yeni funksiya istifadəçilər tərəfindən bir-birinə göndərilən spam, virus və saxta mesajların yayılmasının qarşısını almaq üçün nəzərdə tutulub.



İstifadəçilərə mesajı göndərmə və ya qəbul etmə zamanı həmin mesajın artıq dəfələrlə yönləndirilməsi ilə bağlı xəbərdarlıq ediləcək. Söhbət, həmçinin “WhatApp” messencerinin digər istifadəçilərini mesajı öz kontaktındakı bütün şəxslərə göndərməyə vadar edən mesajlardan gedir: "Rayonda dabaq epidemiyası tüğyan edir, təcili hər kəsi xəbərdar edin". Panikaya düşmüş insanlar belə saxta mesajları digər istifadəçilərə də göndərirlər.



“WhatsApp” messenceri vasitəsilə ildırım sürətilə yayılan belə saxta mesajlar ciddi təhlükə yarada bilər. Məsələn, Hindistanda iğtişaşlara səbəb olmuş belə saxta mesajlar nəticəsində xəsarət alan və ölənlər olub. Başqa bir ölkədə saxta mesajlar peyvənddən kütləvi imtinaya səbəb olub. “WhatsApp” messencerinə sahib “Facebook” şirkəti saxta mesajların aşkar edilməsi problem ilə ciddi məşğul olmağa başlayıb.

“ICTnews”
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.