"WhatsApp"-dan hamının səbirsizliklə gözlədiyi — MÖHTƏŞƏM YENİLİK

16 Nisan 2017
2 449
0
"WhatsApp"-dan hamının səbirsizliklə gözlədiyi — MÖHTƏŞƏM YENİLİK
Dünyada 1 milyarddan çox insanın istifadə etdiyi "WhatsApp" mesajlaşma platforması daha bir yeni xüsusiyyəti istifadəyə verir.

Smartfon istifadəçisi əksər insanların istifadə etdiyi platforma səhvən göndərilən mesajların ləğvini təqdim etdikdən sonra indi də mesajın tamamilə silinməsi yeniliyini edir.

Feat.Az olke.az-a istinadən xəbər verir ki, "WhatsApp"-ın ilk əvvəl tətbiq etdiyi "göndərilən mesajı ləğv etmə" xüsusiyyəti səhvən göndərilmiş mesajın 5 dəqiqə ərzində ləğv edilməsini nəzərdə tuturdu.

Ancaq bu yenilik daha bir addım irəli aparılaraq istifadəçilərin səhvən göndərdiyi mesajları zaman məhdudiyyəti olmadan silə bilməsini təmin edəcək.

Həmçinin mobil tətbiqlərdən başqa veb versiyada da işləyəcək bu xüsusiyyət göndərilən mesajların iki tərəfli silinməsinə icazə verəcək.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET