İstifadəsiz qalan mobil telefon nömrələrinin taleyi necə olur? – Mobil operatorlar cavablandırır

30 Ocak 2018
1 240
0
İstifadəsiz qalan mobil telefon nömrələrinin taleyi necə olur? – Mobil operatorlar cavablandırır
Bu gün mobil telefonlar olmadan həyatımızı təsəvvür edə bilmirik. Telefon hardasa sağ əlimizi, gözümüzü, qulağımızı əvəz etməyə başlayıb. Mobil nömrələrin alınması , mobil telefonların əldə edilməsi ölkəmizdə mürəkkəb prosedur olmadığına görə istənilən adam istədiyi sayda telefona və mobil nömrəyə sahib ola bilir.

Bəs uzun müddət istifadəsiz qalan nömrələrin taleyi necə olur? Bir nəfər tərfindən satın alınmış nömrə uzun müddət istifadəsiz qaldığına görə, mobil operatorlar tərəfindən başqa bir şəxsə satışa çıxarılırmı? Bu mülkiyyət hüququnun pozulması hesab edilə bilərmi? Bu kimi suallarla ölkəmizin ən məşhur mobil operatorlarının nümayəndələrinə üz tuturuq.

Bakcell-in ictimaiyyətlə əlaqələr korporativ kommunikasiya departametindən verilən məlumata görə, sistemdə birtərəfli bağlanan nömrələr bir ay ərzində aktivləşdirilmədiyinə görə ikitərəfli bağlanır : "Sistemimizdə ikitərəfli bağlı statusunda olan nömrənin yenidən aktivləşdirilməsi üçün abunəçilərimizə 150 (yüz əlli) gün vaxt verilir və müvafiq nömrə həmin müddət ərzində də aktivləşdirilmirsə, sistemdən kənarlaşdırılır. Bundan əlavə, müştəri məmnuniyyəti prinsipinə əsaslanaraq, nömrənin sistemdən kənarlaşdırılması tarixindən sonra onun dublikatını alıb bərpa etmək üçün abunəçilərə 90 (doxsan) əlavə gün verilir. Habelə, abunəçilərlə bağlanan müqavilələrin şərtlərinə əsasən, abunəçinin istifadəsinə verilmiş nömrənin 6 (altı) aydan çox müddət ərzində bağlı qalması abunəçi tərəfindən müqaviləyə birtərəfli xitam vermə kimi qiymətləndirilə bilər və şirkət üçün həmin nömrə üzrə başqa abunəçi ilə yeni müqavilənin bağlanmasına əsas verir. Məlumat üçün həmçinin bildiririk ki, Azərbaycan Respublikasında bütün nömrə resursları dövlətə məxsusdur və onlardan səmərəli istifadənin təmin edilməsi telekommunikasiya sahəsində fəaliyyət göstərən operatorun birbaşa öhdəliyidir".

"Azərfon" şirkətinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Rita Ömərova isə bildirib ki, "Nar" nömrələrinin balansına 7 ay ərzində bir dəfə də olsa pul yüklənməsə, nömrə bağlanılır, nömrə vətəndaşın adından çıxarılır.1 il sonra nömrə satışa çıxarılır.

"Azərcell" şirkətindən isə bildirildi ki, nömrənin saxlanılması özü şirkət üçün hansısa bir məbləğə başa gəlir, buna müəyyən maliyyə yatırılır. Hər kəs istədiyi sayda nömrə alıb, onu istifadəsiz saxlamaq istəsə, bu, mobil operatorlara ciddi ziyan vura bilər. Rusiya, Türkiyə kimi qonşu dövlətlərdə iki həftəlik və ya müvəqqəti nömrələr satışa çıxarılır ki, vətəndaş bu ölkədə olduğu müddətdə həmin nömrələrdən istifadə edir, sonra nömrə avtomatik bağlanır. İstifadə olunmayan "Azərcell" nömrələri 6 aydan sonra bağlanır. Bunun üçün müəyyən prosedur həyata keçirilir, sonra nömrə yenidən satışa çıxarıla bilər. Mülkiyyət hüquqlarının pozulması məsələsinə gəlincə, bütün bunlar nömrə alınarkən şirkətlə vətəndaş arasında bağlanan müqavilədə öz əksini tapır.
bozimyol.net
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.