Dünya xüsusi təyinatlılarının 10 ən təhlükəli bölməsi - MARAQLI FAKTLAR

03 Kasım 2014
2 961
0
Dünya xüsusi təyinatlılarının 10 ən təhlükəli bölməsi - MARAQLI FAKTLAR
Dünya xüsusi təyinatlılarının 10 ən təhlükəli bölməsi - MARAQLI FAKTLAR

Siyahımızı Fransa Milli Jandarmeriyasının Çevik müqavimət dəstəsi açır. 400 nəfərdən ibarət bu dəstə 1972-ci ildə Münhen Olimpiadasında baş verən faciəvi hadisədən sonra təşkil edilib. Belə ki, həmin vaxt xeyli sayda insan əsir götürülüb və öldürülüb. Bundan başqa, hadisədən bir il əvvəl Münhen həbsxanasında üsyan baş verib, burada da xeyli sayda günahsız insan zərər çəkib. Terror əleyhinə əməliyyatların həyata keçirilməsi və girovların azad edilməsi üzrə ixtisaslaşan bu komanda heç vaxt işsiz qalmır. Belə ki, onların "hesab"ında Cibutidə girov qismində saxlanılan 30 məktəblinin xilası, Bosniyada hərbi cinayətkarların ələ keçirilməsi, Somali dəniz quldurları ilə mübarizə üzrə əməliyyat, 1994-cü ildə Marseldə "Air France 8969" reysinin girovlarının azad edilməsi daxil olmaqla, çoxlu sayda uğurlu əməliyyat var

Dünya xüsusi təyinatlılarının 10 ən təhlükəli bölməsi - MARAQLI FAKTLAR

Siyahımızı Fransa Milli Jandarmeriyasının Çevik müqavimət dəstəsi açır. 400 nəfərdən ibarət bu dəstə 1972-ci ildə Münhen Olimpiadasında baş verən faciəvi hadisədən sonra təşkil edilib. Belə ki, həmin vaxt xeyli sayda insan əsir götürülüb və öldürülüb. Bundan başqa, hadisədən bir il əvvəl Münhen həbsxanasında üsyan baş verib, burada da xeyli sayda günahsız insan zərər çəkib. Terror əleyhinə əməliyyatların həyata keçirilməsi və girovların azad edilməsi üzrə ixtisaslaşan bu komanda heç vaxt işsiz qalmır. Belə ki, onların "hesab"ında Cibutidə girov qismində saxlanılan 30 məktəblinin xilası, Bosniyada hərbi cinayətkarların ələ keçirilməsi, Somali dəniz quldurları ilə mübarizə üzrə əməliyyat, 1994-cü ildə Marseldə "Air France 8969" reysinin girovlarının azad edilməsi daxil olmaqla, çoxlu sayda uğurlu əməliyyat var.

Dünya xüsusi təyinatlılarının 10 ən təhlükəli bölməsi - MARAQLI FAKTLAR

İsrail xüsusi təyinatlılarının bu bölməsi kəşfiyyat, terrorizmlə mübarizə və ölkə hüdudlarından kənarda girovların azad edilməsi əməliyyatlarında iştirak edir.
"Sayeret Matkal"ın əsası 1957-ci ildə qoyulub. Buraya dəqiqliklə seçilmiş, yüksək fiziki və əqli qabiliyyətləri ilə fərqlənənlər düşə bilir. 18 ay davam edən təlimlərə baza piyada məktəbi, paraşüt məktəbi, terror hücumlarının qarşısının alınması üzrə dərslər və kəşfiyyat nəzəriyyəsinin öyrənilməsi daxildir.
Bölmə 1960-cı ildən başlayaraq, bir sıra irimiqyaslı əməliyyatlarda iştirak edib. Onlardan ən məşhuru "Entebbe" əməliyyatıdır. Xüsusi təyinatlıların qətiyyət və bacarıqlarını nümayiş etdirdikləri bu əməliyyatda terrorçular tərəfindən "Uqandada Entebbe" hava limanında eniş edən təyyarənin göyərtəsindən girov götürülərək terminal binasında saxlanılan 100-dən çox insan azad edilib.

Dünya xüsusi təyinatlılarının 10 ən təhlükəli bölməsi - MARAQLI FAKTLAR

1972-ci ildə keçirilən Münhen Olimpiadası zamanı İsrail idmançılarına hücumdan sonra Avstriyada terror əleyhinə əməliyyatların həyata keçirilməsi üçün "Einsatzkommando Cobra" xüsusi təyinat dəstəsi yaradılıb. Onun tərkibinə indiyədək Avstriya federal polis qoşunlarında xidmət edən 450 hərbçi daxildir. Burada da təlim digər oxşar qoşunlarda olduğu kimi, bir neçə ay davam edir. Bu müddət ərzində əsgərlər atış üzrə ixtisaslaşdırılmış kurslar, dil, döyüş sənəti təlimləri və taktiki və hücum hazırlıqları kursları keçirlər. Tam təlim kursunda yalnız psixoloji və fiziki testlərdən keçənlər iştirak edirlər. Ümumi fənlərdən əlavə, burada fakultativ əsasda dayvinq, eləcə də partlayıcı ilə işləmək öyrədilir, gələcək snayperlər hazırlanır.
Qeyd edək ki, bu xüsusi təyinat dəstəsi havada olan təyyarənin qaçırılmasının qarşısını almağa müvəffəq olan yeganə dəstədir. Belə bir hal 1996-cı ildə baş verib. Həmin vaxt ələ keçirilməsi planlaşdırılan təyyarədə dörd xüsusi təyinatlı da uçub.

Dünya xüsusi təyinatlılarının 10 ən təhlükəli bölməsi - MARAQLI FAKTLAR

Bu qrupun tam adı "Birinci operativ dəstə-Delta"dır. Bu dəstə üzvləri terrorizmlə mübarizədən başqa, girovların azad edilməsində, reydlərdə və kəşfiyyat əməliyyatlarında da iştirak edirlər. Qrup 1977-ci ildə terror aktlarının sayının artımında sıçrayış müşahidə edildikdən sonra formalaşdırılıb. Buraya, əsasən ABŞ-ın "Yaşıl beretlər" və "Reyncerlər" kimi xüsusi təyinat dəstələrində xidmət etmiş əsgərlər daxildirlər. Dəstə daxilində keçirilən təlimlərə 21 yaşı tamam olmuş kişilər, yararlılıq testini yüksək nəticələrlə keçmiş və kapral və ya baş çavuş rütbəsinə malik kişilər cəlb olunur. Bir sıra yorucu fiziki və psixoloji testlər zəiflərin müəyyən edilməsinə xidmət edir.
Burada 10 əsgərdən yalnız birinin tam təlim kursunu keçdiyi bildirilir.
"Delta"nın həyata keçirdiyi əməliyyatlar məxfi saxlanılır.

Dünya xüsusi təyinatlılarının 10 ən təhlükəli bölməsi - MARAQLI FAKTLAR

JTF2 dəstəsi 1993-cü ildə yaradılıb və 2001-ci il 11 sentyabr hadisələrindən sonra tərkibi genişləndirilib. Kanadanın terrorizmlə mübarizə üzrə bu elit bölməsində ölkə Silahlı Qüvvələrinin verilən tapşırıqların öhdəsindən gələn hərbçiləri xidmət edirlər. Əsgərlərin vəzifələrinə VIP şəxslərin müşayiəti və onların şəxsi təhlükəsizliyinin təmini də daxildir.
Bu dəstə qaynar nöqtələrdə, məsələn İraqda girovların azad edilməsi, Bosniyada serbiyalı snayperlərin izlənməsi, Əfqanıstandakı hərbi münaqişədə iştirak edib. Onların Əfqanıstandakı fəaliyyətləri heç vaxt elan edilməsə də, bəzi mənbələrdən onların ABŞ Hərbi-Dəniz Qüvvələri tərəfindən bu ölkədə həyata keçirilən bəzi məxfi əməliyyatlara cəlb edildikləri məlumdur.
Qeyd edək ki, Əfqanıstan əməliyyatı o dərəcə məxfi olub ki, hətta Kanadanın baş naziri bu barədə yalnız bir neçə gün sonra xəbər tutub.

Dünya xüsusi təyinatlılarının 10 ən təhlükəli bölməsi - MARAQLI FAKTLAR

1970-ci illərdə yaradılan "Alfa-Qrup" Əfqanıstanda kifayət qədər uğurlu əməliyyat keçirib. Bu əməliyyatlar arasında Kabildə prezident sarayına hücumu da qeyd etmək olar. Həmin hücumda sağ qalan olmayıb.
1985-ci ildə dəstə dörd Sovet diplomatının azad edilməsi üçün Livanın paytaxtı Beyruta göndərilib. Dəstə onları xilas edə bilməsə də, xüsusi təyinatlıların terrorçularla əlaqəsi olanların ailə üzvlərini öldürməklə diplomatların qisasını aldıqları bildirilir.
"Alfa-Qrup" terrorizmlə mübarizə, eləcə də 2002-ci ildə Moskva teatrının, 2004-cü ildə Beslanda məktəbin ələ keçirilməsi və girovların azad edilməsi üzrə bir sıra böyük əməliyyatlara cəlb edilib. Hər iki əməliyyat gedişində yüzlərlə insan öldürülüb.

Dünya xüsusi təyinatlılarının 10 ən təhlükəli bölməsi - MARAQLI FAKTLAR

İsrail xüsusi təyinatlılarının daha bir qrupu - "Shayetet 13" ölkə Hərbi-Dəniz Qüvvələri ilə əlaqəlidir. 1948-ci ildə əsası qoyulan bu qrup İsrail hökumətinin girovların azad edilməsi, terrorizmlə mübarizə və kəşfiyyat əməliyyatlarında iştirak edir. Bölmədə təlim 20 ay davam edir. Burada namizədlər daimi olaraq, güclü stres vəziyyətində saxlanılırlar.
Qrupun ən məşhur əməliyyatı 1972-ci ildə keçirilən Münhen Olimpiadasından sonra İsrail idmançılarına hücumun təşkilinə görə məsuliyyət daşıyan şəxsləri izləyərək onların aradan götürülməsi olub.

Dünya xüsusi təyinatlılarının 10 ən təhlükəli bölməsi - MARAQLI FAKTLAR

"Dəniz pişikləri" ABŞ xüsusi təyinatlılarının 1962-ci ildə yaradılan və 2011-ci ildə Abbottabadda (Pakistan) "əl-Qaidə" lideri Usama bin Ladenin öldürüldüyü "Neptun nizəsi″ adlı əməliyyat sayəsində, demək olar ki, mifik status əldə edən xüsusi bölməsidir. Bu oğlanlar insanlar arasında ara-sıra görünməli olurlar.
Yalnız fiziki və mənəvi baxımdan ən dözümlülər "dəniz pişiyi" ola bilərlər. Burada təlim bir il davam edir, tapşırıqlar isə o qədər çətindir ki, namizədlərin bir çoxu, üzgüçülük, dartınma, çömbəlmə və qaçışın daxil olduğu fiziki hazırlıq təsnifat testlərindən belə keçə bilmirlər. Seçmə testləri keçən namizədlər ümumi hazırlığa göndərilir. Ümumi hazırlığı keçənlər isə "Dəniz pişikləri"nin giriş hazırlığına, bunun da öhdəsindən gələnlər Dəniz pişiklərinin peşəkar hazırlıq kursuna göndərilirlər.
Belə ciddi seçim bu elit bölmədə xidmət edənlərin mükəmməl formasına və onların ən çətin əməliyyatları həyata keçirmək bacarığına zəmanət verir.

Dünya xüsusi təyinatlılarının 10 ən təhlükəli bölməsi - MARAQLI FAKTLAR

Britaniyanın bu xüsusi təyinatlı bölməsi əhəmiyyətinə görə elit "Dəniz pişikləri"ni belə arxada qoyur. Xüsusi xidmət 1941-ci ildə düşmənin arxa cəbhəsində çalışmaq və işğalçı faşizm qüvvələrinə müqavimət hərəkatına dəstəyi təmin etmək üçün yaradılıb. Burada əsasən, hava-desant qoşunlarının hərbçiləri xidmət edirlər.

SAS-a daxil olmaq istəyən namizədlərə fiziki tələblər xüsusi sərtliyi ilə seçilir. Bu tələblər böyük dözüm və dolu bel çantası ilə yürüş qabiliyyəti tələb edir. Burada final sınağı tam dolu bel çantası ilə 40 kilometr məsafəyə yürüşdür. Burada hər sınaq üçün cəmi 20 saat vaxt ayrılır. Bundan başqa, namizəddən 1.5 saat ərzində iki mil məsafəni üzmək və 30 dəqiqəyə dörd mil qaçmaq tələb olunur. Bundan sonra namizədlər həyatda qalmaq və marşrut tapmaq bacarığını yoxlamaq üçün cəngəllikdə saxlanılırlar. Yekun test isə iradənin sındırılması məqsədi daşıyan 36 saatlıq sorğu-sualdan ibarət olacaq. Sınaqların öhdəsindən gələnlər növbəti təlimlərə göndərilirlər.
SAS hərbçiləri təhlükəsizliyin təmini, kəşfiyyat və əks-kəşfiyyata görə məsuliyyət daşıyan MI5 və MI6 xüsusi xidmət agentləri ilə eyni prinsiplər üzrə təlim keçirlər.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.