Nazirlikdən doktorantura və dissertanturaya qəbul - ELANI

04 Kasım 2014
3 546
0
Nazirlikdən doktorantura və dissertanturaya qəbul - ELANI
Nazirlikdən doktorantura və dissertanturaya qəbul - ELANI

Sənədlər 15.11.2014-cü ilədək qəbul edilir.

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzi Nazirlər Kabinetinin 15 avqust 2014-cü il tarixli 253s№-li Sərəncamına uyğun olaraq, 2014-cü il üçün fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturaya qəbul elan edir.

FeaT.Az xəbər verir ki, nazirlikdən verilən məlumata görə, qəbul aşağıdakı ixtisaslar üzrə elan olunur:

Doktorantura

5311.01 – Müəssisələrin təşkili və idarə olunması - 1 yer (əyani)

5312.01 – Sahə iqtisadiyyatı - 1 yer (əyani)

5313.01 – Demoqrafiya - 1 yer (əyani)

5302.01– Ekonometriya - 1 yer ( əyani)

Dissertantura

5311.01 – Müəssisələrin təşkili və idarə olunması - 1 yer (əyani)

5312.01 – Sahə iqtisadiyyatı - 1 yer (əyani)

5313.01 – Demoqrafiya - 1 yer (əyani)

5302.01– Ekonometriya - 1 yer ( əyani)


Doktorantura və dissertanturaya ali təhsili olan (ali təhsil pilləsinin magistratura səviyyəsini bitirən, yaxud təhsili ona bərabər tutulan) Azərbaycan Respublikasının vətəndaşları qəbul olunurlar.

Doktoranturada təhsil müddəti əyani 3 il, qiyabi 4 il, dissertantura yolu ilə 4 ildir.

Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən qəbul imtahanları verirlər.

Fəlsəfə doktoru proqramı üzrə doktorantura və dissertanturada təhsil ödənişsiz əsaslarla aparılır.

Tələb olunan sənədlər: direktorun adına ərizə; kadrların şəxsiyyət və qeydiyyat vərəqi; tərcümeyi-hal; 2 ədəd foto şəkil (3x4 sm ölçüdə); çap olunmuş elmi əsərlərin siyahısı yaxud referat; iş yerindən xasiyyətnamə (işləyənlər üçün); əmək kitabçasından çıxarış (iş stajı olanlar üçün); ali təhsil haqqında diplomun surəti və diploma əlavə; şəxsiyyəti təsdiq edən sənədin surəti.

Diplomun əsli və şəxsiyyət vəsiqəsi şəxsən təqdim edilir.

Sənədlər 15.11.2014-cü ilədək qəbul edilir.

Ünvan: Bakı şəhəri, Binəqədi rayonu, Səttar Bəhlulzadə küçəsi 44. Əmək və Sosial Problemlər üzrə Elmi-Tədqiqat və Tədris Mərkəzinin Kadrlar şöbəsi. Əlaqə telefonları: (012) 563-11-45, (012) 563-15-01, (012) 563-08-47.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.