Siqareti tərgitməkdə yardımçınız olacaq

15 Kasım 2014
2 655
0
Siqareti tərgitməkdə yardımçınız olacaq
Siqareti tərgitməkdə yardımçınız olacaq


Alimlər balıq yağının daha bir faydasını aşkarlayıblar. Sən demə, siqaret çəkən adamlara bu zərərli vərdişdən xilas olmağa yardımçı ola bilir. Bir aylıq balıq yağı qəbul edən adamlar gün ərzində çəkdikləri siqaretin sayını 11% azaldıblar.

İsrailin Hayfa Univeristetinin alimləri belə bir araşdırma aparıblar. Siqaret tüstüsü beyindəki Omeqa-3 yağ turşusunun miqdarını azaldır. Omeqa-3 yağ turşusunun çatışmazlığı beyindəki əsəb hüceyrələrini sıradan çıxarır. İnsanda məmnuniyyət hissinə cavabdeh olan hüceyrələr ilə əsəb hüceyrələri arasındakı əlaqə kəsilir. Daha dəqiqi isə, Omeqa-3 yağ turşusunun çatışmazlığı olan insanlar zərərli vərdişlərlə mübarizə aparmaqda çətinlik çəkirlər.

Hayfa Univeristetinin professoru, doktor Şenkar deyir ki, balıq yağı ilə siqareti tərgitmək üsulu digər üsullardan fərqli olaraq zərərsizdir, əks təsirləri yoxdur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.