Ramazanda siqareti tərgitməyin asan yolları
1. Siqareti özünüz üçün tərgidin
Siqareti başqası üçün atsanız, fədakarlıq hissi yaşayacaqsınız. Bu da siqaret istəyini artıracaq. Beləcə, qısa vaxtdan sonra yenidən siqaretə qayıdacaqsınız.
2. Yerinə heç kimi qoymayın
Siqareti ramazanda tərgitmək istəyənlər onu hansısa bir məşğuliyyətlə əvəzləməyə çalışırlar: təsbeh oynadır, iftardan imsaka qədər saqqız çeynəyirlər, çərəz yeyirlər. Bu da siqaretin sizin üçün dəyərini artıracaq. Siqaretin əvəzinə bütün günü yemək yeyənlər də olur. Bu da kökəlməyə gətirib çıxarır. Çalışın, siqareti tərgidəndə, bunların heç birini etməyəsiniz.
3. Hamıdan məsləhət almayın
Siqareti tərgitmək istəyənlərin əksəriyyəti ətraflarındakı insanlardan məsləhətlər almağa çalışırlar. “Sən necə tərgitdin” deyə, soruşurlar və lazımsız məsləhətlər alırlar. Bu məsləhətlərin heç biri siqareti beyninizdə bitirməyə kömək etməyəcək. Ən yaxşısı siqareti tərgitmək üçün peşəkarlardan məsləhət alın.
4. Onu xatırladan vasitələrdən qaçmayın
Sizə siqareti xatırladan heç bir şeydən qaçmayın. Məsələn, siqaret çəkərkən çay içirsinizsə, atdıqdan sonra çaya ara verməyin. İstəklərinizin üzərinə gedin.
5. Qətiyyən azaltmayın, birdəfəlik bitirin
Siqareti azaldarkən, heç nə dəyişmir. Bütün günü gözünüz saatda qalacaq. Onu azaltmaq, tamamilə tərgitməkdən pisdir. Məqsəd siqareti azaltmaq yox, tamamilə tərgitmək olmalıdır.