Prezidentin köməkçisi: "Yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi atılıb"

02 Ekim 2020
515
0
Prezidentin köməkçisi: "Yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi atılıb"
"Ermənistan silahlı qüvvələri Azərbaycanın yaşayış məntəqələrini və mülki əhalisini qəsdən hədəfə almaqda davam edir".

Bunu açıqlamasında Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

"Yalnız bu gün ərzində Tərtərə 2 mindən çox mərmi düşüb. Bu vəhşilik, barbarlıq və insanlığa yaraşmayan hərəkətdir.

Ermənistanın beynəlxalq humanitar hüququn, o cümlədən 1949-cu il Cenevrə konvensiyalarının müddəalarını kobud surətdə pozan bu hərəkəti müharibə cinayətidir.

Bildiririk ki, Azərbaycan silahlı qüvvələri tərəfindən adekvat cavab tədbirləri həyata keçiriləcəkdir", - o vurğulayıb.
Mənbə:report
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.