Gəncədə evə mərmi düşdü, 10 aylıq körpə yaralandı - Video

06 Ekim 2020
738
0
Gəncədə evə mərmi düşdü, 10 aylıq körpə yaralandı - Video
Ötən gün Ermənistan terrorçularının Gəncəni ağır artileriyadan atəşə tutması nəticəsində 10 aylıq körpə yaralanıb.

Bu barədə “Report”un Qərb Mərkəzinə körpənin atası Xəyyam Eyyubov məlumat verib.

X.Eyyubovun sözlərinə görə, hadisə ba verən zaman evdə olmayıb: “Hadisə baş verəndə evdə deyildim. Evə gəldim gördüm ki, övladım yaralanıb. Uşağı xəstəxanaya çatdırdıq və əməliyyat olundu. Hazırda səhhəti yaxşıdır”.

Hadisə zamanı evdən yaralı körpəsini çıxaran Xəyyam dağımntılar arasında qalan bayrağı da götürməyi unutmayıb.

Qucağında yaralı vəziyyətdə 10 aylıq körpəsi, başının üzərində isə Azərbaycan Bayrağı olan X.Eyyubovun hadisə yerindən çıxıb xəstəxanaya qaçarkən çəkilən fotosu dünyanın gündəminə çevrilib.

Gəncədə evə mərmi düşdü, 10 aylıq körpə yaralandı - Video


Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.