Uzun illər qıtlıq gözlənilir

20 Ağustos 2014
1 436
15
Uzun illər qıtlıq gözlənilir
Uzun illər qıtlıq gözlənilir

Bu il də ötən illər kimi Azərbaycanda quraqlıq hökm sürür. Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalovun ANS PRESS-ə verdiyi məlumata görə, quraqlıq hələ bir neçə il də hökm sürəcək. Onun sözlərinə görə, bu da ölkədə müəyyə ərzaq problemlərilə nəticələnə bilər.

İki ildir ki, ölkədə quraqlı hökm sürür. Qarşıdan gələn bir neçə il quraqlıq hökm sürəcək. Ola bilər ki, qışda da qarın miqdarı az olsun. Bir çox torpaqlarda şirin su qıtlığı yaransın. Bu zaman külək erroziyası yarana bilər. Torpaqların nəmliyi 30-40 faizə düşər. Bu da məhsuldarlıq üçün kifayət deyil”, - deyə Telman Zeynalov bildirib.

Ekspertin fikrincə problemin qarşısını almaq üçün yeni su mənbələri tapılmalıdır: “Torpağı suvarmaq üçün su kanalları quruyur. Bu barədə mütəxəssislərimiz düşünməlidir. Yeni quyular qazıb, yeraltı suları çıxarmalıyıq. Həmin sular vasitəsilə bölgələri və Bakını içməli su ilə təmin edə bilərik”.

Qeyd edək ki, son aylar hökm sürən isti hava və quraqlıq səbəbindən ölkədə çayların səviyyəsi aşağı düşüb. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosu tərəfindən bildirilib ki, bəzi çaylarda suyun həcmi azalıb. Baş hidroloqu Asif Verdiyevin sözlərinə görə, vəziyyət çox ciddidir.

“Problem əsasən İsmayıllı, Qəbələ, Ağsu, Şamaxı rayonlarında müşahidə olunur. Ağsuçay, Girdimançay, Göyçay, Türyançayda suyun kəskin azalması müşahidə olunub”, - deyə Asif Verdiyev bildirib.

Mütəxəsisilər çıxış yolu kimi suvarma suyundan qənaətlə istifadə etməyi təklif edirlər. İqtisadi Tədqiqatlar Mərkəzinin əməkdaşı, kənd təsərrüfatı eksperti Vahid Məhərrəmov ANS PRESS-ə açıqlamasında bildirib ki, ölkədə suvarma suyundan israfçılıqla istifadə olunur. Ekspertin fikrincə, bunun qarşısı təcili şəkildə alınmalıdır.

“Bu istilərdən sonra payız aylarında intensiv yağışlar başlayacaq. Bu zaman çaylarda yaranan su bolluğundan istifadə etmək lazım olacaq. Ölkədə suvarma suyundan israfçılıqla istifadə olunur. Ötən il 11 milyard kub təbii su mənbəyindən su götürülüb. Bunun 4 milyard kubu itkiyə gedib. Hardasa içməli suyun 40 faizi israf olunub. Bu, əlbəttə yolverilməzdir. Bundan əlavə meşələrin həcmini və ağacların sayını artırmalıyıq. Bu da şirin suyun miqdarını artırar”, - deyə Vahid Məhərrəmov bildirib.

Ekspertin fikrincə kənd təsərrüfatı məhsulları istehsalçıları istifadə etdiyi suları yeni texnologiyaya uyğun istifadə etməlidirlər: “Kənd təsərrüfatında suvarmanı yağışyağdırma və damcı üsulu ilə həyata keçirməlidirlər. Bu gün Kənd Təsərrüfatı Nazirliyinin qarşısında duran əsas vəzifə bundan ibarətdir”.

Ekspert onu da əlavə edib ki, bu il Azərbaycanda az məhsul gözlənilir. Bu isə vəziyyəti müəyyən mənada çətinləşdirə bilər: “Ötən ilə nisbətən bizdə 600 min ton az məhsul götürüləcəyi ehtimal olunur. Təxminən hər hektarda 5 sentner az məhsul götürəcəyik. Bu da, əlbəttə daxili bazara çox təsir edəcək. Çünki o qədər məhsulu xaricdən idxal etməliyik. Ona görə də, daha çox taxıl idxal olunacağı ehtimal edilir. Yaxud da, 500 min ton buğda ehtiyatından istifadə olunmalıdır. Ona görə də, Azərbaycanda bu il istehsalın az olması ilə bağlı vəziyyət gərgindir”.

Ekspert deyir ki, hələlik bu baxımdan konkret nəsə demək tezdir. Dünya bazarında taxılın qiymətinin artması isə avqust ayında tam aydın olacaq. Ekspertin sözlərinə görə, bəzən mövcud vəziyyət gizlədilir. Yəni bir çox ölkənin təsərrüfat nazirliyi məlumatları şişirdir. Bu səbəbdən də, birjalarda taxılın qiymətinin manipulyasiya uğramasına, yəni süni şəkildə qiymətin qalxmasına səbəb ola bilər.

“Əgər taxılın və unun qiymətində artım olarsa, avtomatik olaraq əhaliyə satılan çörəyin də qiyməti qalxacaq. Dövlətsə öz növbəsində bunu süni qiymət artımı kimi qiymətləndirərsə, bu zaman sahibkarlara zərər dəyər. Bu zaman fəaliyyətdə olan fərdi kiçik sahibkarlar sıradan çıxarlar. Bu da böyük problemlər yaradar. Yəni balaca çörək sexlərinin fəaliyyəti mütləqdir. Çünki onların fəaliyyəti əhalinin çörək ehtiyatını tam şəkildə təmin edir. Yəni süni qiymət adı altında belə sexlərin bağlanmasına göstəriş verilməməlidir”, - deyə Vahid Məhərrəmov bildirib.

Dövlət qurumlarında isə ekspertlərlə razılaşmırlar. Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev ANS PRESS-ə verilən məlumata görə, bu il taxılla bağlı ölkədə problem yaşanmayacaq.

“İyunun birinə olan statistik məlumata görə, 1 milyon 6 min hektar sahənin 75 faizi biçilib. Yəni biçilmə 758 min hektar sahədə gedib. Bu da respublika üzrə 1,7 milyon ton taxıl istehsal olunub. Fermer və sahibkarlardan standartlara uyğun olaraq, taxılın qəbul olunması haqqında müraciət olunub. Müraciətə əsasən 1 tonun qiyməti 240 AZN olmaqla taxıl alınır. Hələ ki, buğdanın, unun və çörəyin qiymətinin artımı gözlənilmir”, - deyə Murtuzəli Hacıyev bildirib.
RƏYLƏR
_ESTRELLA_
ALLah özü kömək oLsun
_Əlinin Aşkı_
ALLAh komek olsun
Omrum Ikimizin
ALLah kömək oLsun
.BanditkA.
Sitat: BaunTy)
ALLah özü kömək oLsun
ЗайкА)
ALLah özü kömək oLsun
DəLiXaNa RəiSi
“Problem əsasən İsmayıllı, Qəbələ, Ağsu, Şamaxı rayonlarında müşahidə olunur. Ağsuçay, Girdimançay, Göyçay, Türyançayda suyun kəskin azalması müşahidə olunub”, - deyə Asif Verdiyev bildirib.
Saleh
  • Saleh
  • 21 Ağustos 2014 00:34
meqale ucun Təşəkkürlər
SEVIMLI HIYLEGER
Sitat: Miss_SkeleToN✌
Allah ozu Komey Olsun

Sitat: Miss_SkeleToN✌
Allah ozu Komey Olsun
.::American Girl::.
Yaxşı olar inşALLAH
More
  • More
  • 20 Ağustos 2014 14:56
Allah ozu Komey Olsun
GERİ 1 2 İRƏLİ

ƏN SON XƏBƏRLƏR

HAMISI
Kitabdan Söz Yazılı Şəkilləri 2019 (64)
21:00
574

Kitabdan Söz Yazılı Şəkilləri 2019 (64)

24.10.2019 Gündəlik Bürclər (24 Oktyabr 2019 Günlük Bürclər)
20:00
1 975

24.10.2019 Gündəlik Bürclər (24 Oktyabr 2019 Günlük Bürclər)

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (299)
19:00
538

Modamı Dediniz - Qarışıq Şəkillər 2019 (299)

Sevdiyim Yazılı Şəkillər 2019 (86)
18:00
653

Sevdiyim Yazılı Şəkillər 2019 (86)

Kivi pəhrizi ilə 2 həftədə 6 kq arıqla...
17:00
70

Kivi pəhrizi ilə 2 həftədə 6 kq arıqla...

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO
16:00
276

Məşhurların İnstagramda Son Paylaşdıqları - FOTO

Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (37)
15:00
601

Gözəl Gözlüm Yazılı Şəkilləri 2019 (37)

Dadı acı olsa da...
14:00
114

Dadı acı olsa da...

Bürclərin Əsas Özəllikləri Nələrdir - Fotolar
13:00
360

Bürclərin Əsas Özəllikləri Nələrdir - Fotolar

GERİ 1 2 3 4 5 6 7 8 9 10 ... 529 İRƏLİ