Qadınların Kişilərdən daha ağıllı olduğu sübut olundu

18 Aralık 2014
1 265
0
Qadınların Kişilərdən daha ağıllı olduğu sübut olundu
Qadınların Kişilərdən daha ağıllı olduğu sübut olundu

Qadınların kişilərdən daha ağıllı olduğu sübuta yetirildi. ANS PRESS-in məlumatına görə, alimlərin Milad araşdırması aparıblar. "Darvin mükafatı: cinslərin səfeh davranışlarda müxtəlifliyi" adlı araşdırma "British Medical Journal" dərgisində dərc edilib.

Alimlər Darvin mükafatının 20 illik dövrünü (1995-2014) əhatə edən laureatlarını araşdırıblar. Məlum olub ki, bu mükafat 90% kişilərə nəsib olub.

Darvin mükafatı hər il daha axmaq şəkildə ölənlərə və intihar edərək insanlığın genefonduna xeyir gətirənlərə verilir. Məqalədə yazılır: "Onlar bu yolla bəşəriyyəti daha bir axmaqdan xilas edirlər".

Alimlər Darvin mükafatının 318 nominantının haqqında öyrəniblər. Laureantların 282 nəfəri ( 88,7%) kişi, yalnız 36-sı qadın olub.

Araşdırmanın müəlliflərinin sözlərinə görə, səfeh hərəkətlər dedikdə, atılmış addımın qarşılığında heç bir şey əldə olunmayan mənasız risklər nəzərdə tutulur.
Ekspertlər hətta "Səfeh Kişi nəzəriyyəsi"dən (SKN) yazırlar və qeyd edirlər ki, hələ də cinslərin səfeh hərəkərlərinin sistematik analizi aparılmayıb.


Mənbə
ANS PRESS
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.