7 dəqiqədə 2014 - VİDEO
Ən böyük video paylaşım portalı olan "YouTube" 2014-cü ili 7 dəqiqəlik videoda əks etdirib.
“YouTube” 2014-cü ilin ən çox paylaşılan videolardan ibarət xüsusi bir klip hazırlayıb.
2014-cü ilin ən baxımlı 233 məşhur videosu üçün hazırlanan klip 6 dəqiqə 44 saniyə davam edir.
Hazırlanan video təqdim edildiyi gün 200 minə yaxın izlənib. Video "Best of Web 7" adı ilə təqdim olunub.
Bununlada video portal bir ilin xatirəsini qısa zamanda təqdim edib.
Qeyd edək ki, bir müddət əvvəl də "YouTube" 2014-cü ildə ən çox izlənən videolarını hazırlayıb. Milyonlarla üzvü olan "YouTube"nin ən yaxşılarının adları "Google"nin ana səhifəsində #YouTubeRewind başlığı ilə paylaşılıb.
Dünyanın ən çox izlənilən musiqi videosu amerikalı Keti Perrinin "Dark House" olub. Bu musiqili klip 700 milyondan çox izlənilib.