Pakistan Rusiya vətəndaşını edam etdi - VİDEO
Rusiyanın Pakistandakı səfirliyi Rusiya vətəndaşı Ahlas Ahlakın edam edildiyini təsdiqləyib.
Feat.Az ANS PRESS-ə istinadən xəbər verir ki, bu barədə səfirlik açıqlama verib.
“Biz ölkənin Daxili İşlər Nazirliyindən Rusiya vətəndaşı Ahlas Ahlakın günün ikinci yarısında edam edilməsi barədə məlumat aldıq. Onu Pəncab vilayətinin Feysalabad şəhərindəki həbsxanalardan birində edam ediblər”, açıqlamada bildirilir.
Bildirilir ki, yaxın günlərdə baş vermiş hadisə ilə bağlı Rusiya Xarici İşlər Nazirliyi açıqlama verəcək.
Qeyd edək ki, Pakistanda həbs edilən rusiyalının edam cəzası təxirə salınmışdı. Ahlas Ahlak 2003-cü ildə ölüm hökmünə məhkum edilmişdi. O, Pakistanın o zamankı prezidenti Pərviz Müşərrəfə siu-qəsddə günahlandırılırdı.
35 yaşlı Ahlas Ahlak isə sui-qəsdlə heç bir əlaqəsi olmadığını bildirib. Onun atası da oğlunun günahsız olduğunu, yanlış adamın həbs edildiyini deyirdi