45 maşınla kişi həmrəyliyi - VİDEO
Kişilərin həmrəyliyi bir ailəni dağılmaqdan xilas etsi.
Feat.Az saytı anspress.com saytına istinadən bildirir ki, Rusiyada qeyri-adi fləşmob olub. Belə ki, Surqutda yaşayış binalarının birinin avtodayanacağında maşınlarla "Prosti!" (Bağışla) yazılıb.
Bu yazını isə həyat yoldaşı ilə mübahisə edən kişi yazdırıb.
Fləşmob iştirakçılarından biri olan Andrey Subbotinin sözlərinə görə, onların qeyri rəsmi olan "Yollarda qarşılıqlı kömək БОРТ86" qrupu var. Sürücülər müxtəlif hallarda bir birlərinə kömək edirlər.
Boşanmaq üzrə olan kişinin köməyinə 45 sürücü gəlib. Onlar maşınları hərflər formasında saxlayıblar. Sürücülər isə yan-yana dayanaraq ürək fiquru yaradıblar.