Bakının milyonçu dilənçiləri.

24 Aralık 2014
1 017
0
Bakının milyonçu dilənçiləri.
Bakının milyonçu dilənçiləri.

Bakıda dilənməyə məcbur edilən uşaqlara tez-tez rast gəlinir. Onların çox hissəsi qaraçılardır.

Feat.Az saytı anspress.com saytına istinadən bildirir ki, dilənən uşaqlarla bağlı bir neçə foto yayımlayıb. Sosial şəbəkədə paylaşılan görüntülərdən biri İnşaatçılar metro stansiyasının yaxınlığında çəkilib. Tütək çalan balacanın adı Şahindir və onun 14 yaşı var. O, tütək çalmaqla diqqətləri özünə çəkir.

Özünün bildirdiyinə görə, gündəlik qazancı təxminən 30-50 manat arası dəyişir. Ailədə 4 nəfərdilər və ailənin hər üzvü dilənir. Ailə bir ay ərzində orta hesabla təxminən 5 min manata yaxın gəlir əldə edir.

Şahinin sözlərinə görə polisi görəndə qaçır. Ətrafda işləyənlər isə bildirir ki, Şahinin anası hər 1 saatdan bir gəlib uşağın qarşısındakı qutudan pulları yığıb aparır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.