Bakıda taksilərə qarşı əməliyyat

24 Aralık 2014
1 459
0
Bakıda taksilərə qarşı əməliyyat
Bakıda taksilərə qarşı əməliyyat



Bu gün səhər saatlarında metronun "20 Yanvar” stansiyası ətrafında fəaliyyət göstərən taksi sürücülərinə qarşı reyd keçirilib.

Nəqliyyat müfəttişləri lisenziyasız işləyən və vergi ödəməyən sürücülərlə bağlı tədbirlər görməyə başlayıb. Taksi sürücüləri arasında fərqlənmə nişanı almayanlar və qaydaları pozanlar aşkarlanıb.

Lisenziyasız, qeyri-qanuni taksi fəaliyyəti göstərənlərlə bağlı problem aktual olaraq qalmaqdadır. Taksi fəaliyyəti ilə məşğul olanların ilk növbədə 5 illik lisenziyası olmalıdır. Bu lisenziya üçün 150 manat, beynəlxalq daşımalar üçün 200 manat ödəniş olunmalıdır.

Aylıq fərqlənmə nişanına görə də qazanca uyğun vergi verilməlidir. Eyni zamanda, həmin şəxs müvafiq dövlət standartına uyğun olaraq avtomobilini xüsusi formaya salmalı, avtomobildə sayğac və post-terminal quraşdırılmalıdır. Post-terminallar nağd ödənişin aradan qaldırılması üçündür.

Lisenziyasız fəaliyyətə görə 100 manat, lisenziya şərtlərinin pozulmasına görə 50 manat cərimə nəzərdə tutulur. Nəqliyyat Nazirliyi bəyan edib ki, Avropa Yay Oyunlarına qədər Bakıda "London taksiləri”nin sayı yavaş-yavaş artırılacaq. Hazırda Bakıda tələbatdan 3 dəfə çox, 15 mindən artıq qeyri-qanuni taksi fəaliyyəti göstərən var.



Bakıda taksilərə qarşı əməliyyat
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.