Qış depressiyasından xilas olmağın üsulları.

29 Aralık 2014
1 437
0
Qış depressiyasından xilas olmağın üsulları.
Qış depressiyasından xilas olmağın üsulları.

Həyatımıza təsir edən, xüsusən də qadınların əhvalına təsir edən ən pis xəstəliklərdən biri depressiyadır. Əhvalın pis olduğu zamanlar həyatımızın risk altında olduğu dövrdür. Depressiyanın ilkin əlamətləri ortaya çıxdıqdan sonra onu ciddi qəbul etməsəniz, illərlə sıxıntısını çəkə bilərsiniz. Bu xəstəlik terapiya və dərmanlarla müalicə olunsa da, alternativ müalicə növləri də mövcuddur.

Qış depressiyasının qarşısını almaq üçün qidalanma rasionuna fikir verilməlidir. Şəkərin miqdarının yüksək olduğu və rafinə karbohidratlı yeməklərdən uzaq durmaq faydalıdır. Uzaq durmağın ən vacib səbəbi isə bu qidaların qan şəkərinin miqdarını ani artması və aşağı salmasıdır. Bu hal isə yorğunluq və əsəbiliyə yol açır. Mütəxəssislər qeyd edirlər ki, depressiv vəziyyətdə olduğunuz zaman spirtli içkilərə fikir verməmək lazımdır. Spritli içkilər pis vəziyyətdə olduğumuz zamanlarda özümüzü yaxşı hiss etdirə bilər. Lakin bir müddət sonra vəziyyətin əksinə olma ehtimalı olduqca yüksəkdir.

Depressiya hallarına alternativ yollar tapmaq istəyirsinizsə, bunu təbii şəkildə təmin edin. Qidalanmanıza fikir verin və işə onu düzgün rejimə salmaqla başlayın. Omeqa-3 yağı bu zamanlarda lazım olan əsas şeydir. Bundan başqa, həzm sisteminə yaxşı təsir edən qidalar yeyin.

Depressiyalı vəziyyətdə heç bir şey etmək istəməyə bilərsiniz. Lakin bu haldan uzaq durmalısınız. Özünüzü bir idman növünə alışdırmalısınız. Təbiətdə daha çox gəzinti və yüksək səsli musiqi dinləmək də yaxşı təsir edir.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.