Toxluq üçün 15 təklif.

21 Aralık 2014
1 467
0
Toxluq üçün 15 təklif.
Toxluq üçün 15 təklif.

1. İştahanızı "cilovlayın". Çünki daha az yesəniz, daha az kalori ilə tox qala bilərsiniz.
2. Qidaların su tərkibinin yüksək olmasına diqqət yetirin. Məsələn, meyvələr, tərəvəzlər hətta şorbalar kimi.
3. Az yağlı qidalara üstünlük verin.
4. Lif faizi yüksək olan qidaları seçin. Çünki bu cür qidalar mədədə "şişir" və toxluq hissi verir. Yeri gəlmişkən deyək ki, lif faizi yüksək olan qidalar arasında əsas yeri təbii qidalar (burada daha çox emal olunmamış qidalar nəzərdə tutulur), həmçinin meyvə və tərəvəzlər tutur.
5. Proteinlə zəngin qidalar da uzun müddət sizi tox saxlaya bilər. Məsələn, ət (yağsız olmaq şərtilə), balıq və çərəz kimi.
6. İştahanızı "cilovlamaq" üçün yanınızda şokolad əvəzinə badam gəzdirsəniz, daha yaxşı olar.
7. Sizi tox saxlamaq üçün səhər yeməyində tərkibində çoxlu çərəz olan və üstəlik, üzərinə qatıq əlavə olunan taxıllı, meyvəli qarışıq da köməyinizə gələ bilər.
8. Ağ undan hazırlanmış çörək əvəzinə, qara undan hazırlanmış çörəyə üstünlük verin.
9. Ağ undan hazırlanmış makaron əvəzinə, qara undan hazırlanmış makarona üstünlük verin.
10. Axşam yeməyində boşqabınızdakı tərəvəzlərin "payını" artırsanız daha yaxşı olar.
11. Sendviçinizə pendir, mayonez və s. kimi "kalori bombaları" əvəzinə tərəvəz doldurun.
12. Ara yeməklər üçün ən sevdiyiniz meyvələri və ya tərəvəzləri seçin.
13. Yeməklərinizə daha çox tərəvəz əlavə edin.
14. Yeməklərinizlə birlikdə salat da istəyin. Çünki salat da lifli qidalar kimi, mədənizdə şişəcək və sizə toxluq hissi verəcək.
15. Başlanğıc üçün az kalorili tərəvəz şorbası için. Bu da sizi kifayət qədər tox saxlayacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.