Maşını cızılmış qızdan amansız qisas - VİDEO
Rusiyada xəstəxanalardan birində laborant çalışan qız cızılmış avtomobilinə görə öz qonşusunu ağlasızmaz dərəcədə cəzalandırıb.
Hadisə Yakutiyada Aldan şəhərində olub. Şəhər xəstəxanasında laborant işləyən qız "Nissan" avtomobilini bir neçə dəfə şüursuz vəziyyətdə uzanmış qonşunun üstündən sürüb. Buna səbəb isə qonşunun təsadüfən maşının qapısını cızmasıdır.
Qızın amansız qisası videomüşahidə kameralarına düşüb.
Məlumatlara görə, zərərçəkən sağ qalıb.