Qadının başı liftin arasında qaldı - VİDEO

29 Kasım 2014
1 440
0
Qadının başı liftin arasında qaldı - VİDEO
Qadının başı liftin arasında qaldı - VİDEO
Rusiyanın Saratov şəhərində başı lift arasında qalan qadın möcüzə nəticəsində sağ qalıb. Hadisə ticarət mərkəzlərindən birində olub. Kafedə ofisiant işləyən qadın yük liftindən qida məhsullarını qəbul edərkən lift gözlənilmədən aşağı hərəkət edib. Əməkdaş yeməklə dolu son sinini çıxarmağa çalışan zaman başı liftin arasında qalıb. Hadisə nəticəsində kabinə onun başını sıxıb.

Bir neçə dəqiqə ərzində qadın özü xilas olmağa çalışsa da, bütün cəhdləri boşa çıxıb.

Digər əməkdaşlar bir müddətdən sonra zərərçəkmişi xilas edib. Hadisə nəticəsində ticarət mərkəzinin işçisi kəllə-beyin travması, həmçinin onurğa zədəsi alıb. Onu xəstəxanaya çatdırıblar.

İlkin məlumatlara görə, qadın kafedə bir neçə gün idi ki, qeyri-rəsmi işləyirmiş.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.