Oğru iki divarın arasında qaldı - VİDEO
ABŞ-ın Kolorado ştatının Denver şəhərində Pol Felik adlı oğru mənzili qarət etdikdən sonra, damlar arasındakı boşluğa düşüb və divarlar arasında ilişib qalıb. Hadisə yerinə polis birinci dəfə həftənin bazar ertəsi günü çağırılıb.
Lakin patrul xidmətinin əməkdaşları orada şübhəli heç nə aşkar etməyiblər. Növbəti gün yaxınlıqdakı mağazanın işçiləri binanın içindən kiminsə qışqırıq səsini eşidiblər.
Bu dəfə hadisə yerinə gələn polis və yanğınsöndürənlər binanın iki divarı arasında qalan oğrunu xilas edə biliblər. İndi Pol xəstəxanadan çıxan kimi, ona qarşı ittiham irəli sürüləcək.