GoogLe 2014

01 Ocak 2015
1 561
0
GoogLe 2014
GoogLe 2014

Google internet kompaniyası 2014-cü ildə ən çox sorğu göndərilən mövzular barədə məlumat yayıb.

SİA-ya daxil olan məlumata görə bu, Google rəsmi saytında

"Bir il axtarışda" layihəsi çərçivəsində həyata keçirilən təşəbbüsdür.

Bu il həyatdan köçmüş Hollivud aktyoru Robin Vilyamsın axtarş reytinqi sorğu əsasında birincilik təşkil edib.

İlk üçlükdə Braziliyada futbol üzrə keçirilən dünya çempionatı və Ebola virusu yer alıb.

Google istifadəçilərini 2014-cü ildə ən çox narahat edən məsələlərdən biri də 370-ci reyslə uçan "Malaysiya

Airliens"-ə (Malayziya Hava Yolları) məxsus təyyarənin yoxa çıxması olub.

Daha sonra mobil oyun "Flappy Bird" və "Eurovision" qalibi Konçita Vurst sorğu ardıcıllığında yer alıb.

İŞİD ("İslam Dövləti") terror qruplaşması da ən çox edilən sorğular arasındadır.

Son yerləri isə "Soyuq ürək" cizgi filmi və Soçidə keçirilən Qış Olimpiya Oyunları tutur.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.