Prezident İlham Əliyev “Beynəlxalq Dostluq və Sülh Oskarları” mükafatına layiq görülüb

03 Ocak 2015
1 980
0
Prezident İlham Əliyev “Beynəlxalq Dostluq və Sülh Oskarları” mükafatına layiq görülüb
Prezident İlham Əliyev “Beynəlxalq Dostluq və Sülh Oskarları” mükafatına layiq görülüb

Xəbərçi Türkiyənin Medya İhitsas Gazeteçiləri Federasiyası (MİGFED) tərəfindən "Türkiyənin Müfəffəqiyyət Oskarları” mükafatları açıqlanıb. Virtualaz.org Türkiyənin haberahval.com portalına istinadla xəbər verir ki, prezident Rəcəb Tayyib Ərdoğan "Müfəffəqiyyət Oskarı”na layiq görülüb.

Təşkilatdan yayılan açıqlamada deyilir ki, siyasət, idman, diplomatiya, aktual problemlər, təhisil, səhiyyə, turizm, ətraf mühit, qadın, iqtisadiyyat, ərzaq və kənd təsərrüfatı kimi sahələri izləyən ixtisaslaşmış jurnalistlər tərəfindən bu sahələr üzrə uğur qazanmış şəxslərə "jurnalistlərin gözüylə” mükafatlar təyin edilib.
Mükafatları federasiyanın 33 nəfərdən təşkil olunmuş Yüksək Məşvərət Şurası müəyyən edib. Şura hesab edib ki, Rəcəb Tayyib Ərdoğan "türk xalqının əmanətinə sahib çıxaraq” Türkiyəni bütün sahələrdə irəli aparmaqda uğur qazanıb və dünya ölkələri ilə yarışmaq qabiliyyəti olan ölkəyə çevirib. Həmçinin Ərdoğan son 12 ildə girdiyi bütün seçkiləri udub və bu səbəbdən federasiya onu ilin dövlət adamı kimi "Uğur Oskarı”ına layiq görüb. Həmçinin keçmiş nəqliyyat naziri Binali Yıldırım, Ankara bələdiyyə başqanı Melik Gökçək də Uğur Oskarına layiq görülüblər.
Təşkilatın "Beynəlxalq Dostluq və Sülh Oskarları” kateqoriyasındakı mükafatlarına isə Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Azərbaycan prezidenti İlham Əliyev və Albaniyanın baş naziri Edi Rama layiq görülüblər. Təşkilat bildirir ki, mükafatlar gələn ay Ankarada təşkil olunacaq mərasimdə təqdim olunacaq.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.