1 Ton araq tutuldu

03 Ocak 2015
1 445
0
1 Ton araq tutuldu
1 Ton araq tutuldu

Bu gün Rusiyanın Dobruş rayonunun Selişe kəndində yol polisi maraqlı hadisə ilə qarşılaşıb.

Milli.Az anspress-ə istinadən bildirir ki, polis tərəfindən sənədlərin yoxlanması üçün saxlanılan "Mercedes-Benz Sprinter"in baqajı araq ilə dolu olub.

200 araq yeşiyi və 2 konyak yeşiyinin tutumu 1 tondan çox olub. Yükün yiyəsi isə qadın çıxıb.

Ən maraqlısı budur ki, qadın 1200 litr araq, 12 litr konyakı şəxsi istifadəsi üçün aldığını iddia edir. Lakin onda alışı təsdiq edən heç bir sənədin və ya çekin olmaması məsələnin idarədə həll olunmasını vacib edib.

Hadisənin dəqiqləşməsi üçün hüquq mühafizə orqanları bütün sənədləri Daxili İşlər Nazirliyinin Dobruş rayonu üzrə mərkəzi idarəsinə göndərməli olublar.

Mənbə.Milli.Az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.