İntiharın yeni növü: Özünü aslanların qabağına atdı - VİDEO

06 Ocak 2015
1 455
0
İntiharın yeni növü: Özünü aslanların qabağına atdı - VİDEO
İntiharın yeni növü: Özünü aslanların qabağına atdı - VİDEO

Barselonada sabiq polis olan Xusto Xose şəhər zooparkında şirlərin yemi olmaq istəyib. Belə ki, əynində kamuflyaj paltarı olan kişi volyerə girib şirləri qıcıqlandırmağa başlayıb. Heyvanlar cəld onun üzərinə hücum edərək yuvalarına tərəf çəkməyə çalışıblar. Xoşbəxtlikdən zooparkın əməkdaşları vaxtında özlərini yetirə biliblər. Yanğınsöndürən xortumlarla silahlanmış işçilər şiri Xosedən uzaqlaşdırmağa başlayırlar. Heyvanları qurbanın üzərindən aralamaq üçün təqribən yarım saat vaxt lazım olub.

Hazırda Xosenin şəhər xəstəxanasına yerləşdirildiyi bildirilir. Onun üzərində diş və pəncə izləri olub.

Polis hadisənin səbəblərini araşdırır. Məlumdur ki, Xosenin əlindən oğlunun qəyyumluğu alınıbı, özü həyat yoldaşından boşanıb, həmçinin anası vəfat edib.

Qeyd edək ki, Xose həmçinin neonasist fəal kimi də tanınır. Məlumdur ki, sentyabr ayında o, canlı yayımda Kataloniyanın bayrağını yandırıb, həmçinin Barselonın mərkəzində svastika quraşdırdığı üçün həbs olunmuşdu.

Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.