Parisə əlavə qoşunlar göndərilir
Parisdə üç gün davam edən və 17 nəfərin ölümünə səbəbə olan terror hücumundan sonra Fransa paytaxtına 500 əlavə qoşun göndərilir.
Solo.Az BBC-yə istinadən bildirir ki, daxili işlər naziri Bernard Cazeneuve deyib ki, ölkəni qorumaq üçün bütün lazımi addımlar atılır.
Fransa polisi polisin cümə günü öldürdüyü silahlıların cinayət yoldaşlarını axtarır.
Qurbanları anmaq üçün ölkənin müxtəlif yerlərində keçirilən səssiz yürüşlərə 210 000-dən çox adam qoşulub.
Şənbə günü keçirilən kabinet toplantısında cənab Cazeneuve deyib ki, Fransa "gələn bir neçə həftə ərzində" yüksək hazırlıq vəziyyətində olacaq.
O, bazar günü keçiriləcək birlik yürüşündə təhlükəsizlik tədbirlərinin sərt olacağına söz verib.
Gözlənilir ki, bu yürüşdə Birləşmiş Krallığın Baş naziri David Cameron, Almaniya kansleri Angela Merkel, Türkiyə Baş naziri Ahmet Davutoğlu, İspaniya Baş naziri Mariano Rajoy və Rusiyanın XİN başçısı Sergey Lavrov iştirak edəcək.
Fransa polisi 17 nəfəri öldürən silahlıların cinayət yoldaşlarını axtarır.
Onlardan biri, Amedy Coulibaly-nin yoldaşı Hayat Boumeddiene-dir. Supermarketdə beş nəfəri girov götürən Coulibaly cümə günü, polis supermarketə basqın edəndə öldürülmüşdü. Girovların azad edilməsi zamanı onlardan dördü ölüb.
Çərşənbə günü qadın polis işçisi öldürüləndə Boumeddiene-in Coulibaly ilə olduğu deyilir. Onun "silahlı və təhlükəli" olduğu bildirilir.
Polis çərşənbə günü Charlie Hebdo jurnalının ofisinə hücumu həyata keçirən iki silahlı kişini cümə günü öldürüb.
Prezident François Hollande polisin fəaliyyətini alqışlayıb lakin yeni təhlükənin mümkünlüyü barədə xəbərdarlıq edib.
"Biz ayıq olmalıyıq. Sizdən xahiş edirəm ki, birləşəsiniz - bu, bizim ən güclü silahımızdır", cənab Hollande cümə günü televiziyada yayımlanan çıxışında deyib -