Nişan sevincini yaşaya bilmədi.

15 Ocak 2015
1 755
0
Nişan sevincini yaşaya bilmədi.
Nişan sevincini yaşaya bilmədi.

Ağstafa rayonunda ağır yol-nəqliyyat qəzası baş verib.

Ağstafa rayon Polis Şöbəsindən verilən məlumata görə, hadisə ötən gecə rayonun Poylu kəndi ərazisində qeydə alınıb.

Ağstafa rayonunun Aşağı Kəsəmən kənd sakini, 26 yaşlı Elçin Məmmədov idarə etdiyi "Mrceedes” markalı avtomobili yolun kənarına aşırıb. Qəza nəticəsində sürücü dünyasını dəyişib, maşında olan səişinlər Aşağı Kəsəmən kənd sakinləri - 19 yaşlı Qara Məmmədov, 25 yaşlı Emin Pənahov, onunla eyni yaşda olan Tərlan Hüseynli müxtəlif bədən xəsarətləri alaraq Ağstafa Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Məlumata görə, dünyasını dəyişən E. Məmmədovun dünən nişan mərasimi olub.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsində araşdırma aparılır.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.