At ana və balanı xəstəxanalıq etdi

03 Ocak 2015
1 386
0
At ana və balanı xəstəxanalıq etdi
At ana və balanı xəstəxanalıq etdi

Ötən gün saat 19:30 radələrində Şəki ərazisində yol qəza hadisəsi baş verib. Qəza nəticəsidə bir ailənin iki üzvü xəsarət alıb.

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, hadisə Şəkinin Biləcik kəndi ərazisində qeydə alınıb. Qəza zamanı Şəki sakini Eminov Etibar Məmməd oğlu idarə etdiyi 55-BN-336 dövlət nömrə nişanlı "VAZ-2106" markalı avtomobillə şəhər istiqamətində hərəkətdə olarkən sahibsiz atla toqquşub.
Nəticədə avtomobildə olan sərnişinlər Bakı sakinləri Eminova Sevinc Yusif qızı və onun oğlu, 2002-ci il təvəllüdlü Eminov Mürsəl Əzim oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Xəsarət alanlar dərhal Şəki rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.

Hadisə zamanı at tələf olub. Qəzanın dəqiq olaraq hansı səbəblərdən baş verdiyi bilinmir. Faktla bağlı Şəki şəhər rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Mənbə:Milli.az
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.