Eşqim Sən ol,Allahım..

15 Ocak 2015
1 982
0
  Eşqim Sən ol,Allahım..
  Eşqim Sən ol,Allahım..

Eşqim Sən ol,Allahım.

Sənsən hər vaxt yanımda, olan dar zamanlarımda ürəyimin əks-sədalarını eşidən...

Sənsən qaranlıqlar ortasında bütöv ay kimi ürəyimə doğan...

Sən məndən cansan, Sən həyatıma mənasan...

Özüm Sənsən, təbəssüm etdiyimdə

Sən mənim gülümsəməmsən...

Sən mənim ürəyimsən, məni həqiqisevənsən...

Əllərimin, gözlərimin, ürəyimin memarı...

Hər bir zərrəmin naxışlarında sənətindən bir əlamətəm...

Gözlərimə nurundan işıqlar verməsəydin, bu kainat cədvəlini görə bilməzdim gözlərim...

Gözlərimə ağlamaq nemətini verməsəydin,dostluğundan bixəbər qalacaqdım...

Səttar adınla örtdün ayıblarımı, Təvvap adınla hər dəfə qəbul etdin tövbələrimi...

"Yenə Gəl" dedin, təkrar Sənə gəldim...

Vədud olan Sənsən, sevən Sənsən,

Səndən başqa kimim var ki, qapısına gedim?

Eşqinlə əhatə et eşqindən məhrum ürəyimi...

Ey əllərimdən tutanım.

Sənə qovuşmaq üçün çıxdığın bu sevdalı səfərdə, çuxurlar çıxarma qarşıma...

Ey fağır ürəyimin Rəhməti sonsuz qaçaraq gətir...

Uzatdım əllərimi, buraxma məni.

Dayağım sahibim Sən ol...

Ayım-günəşim, göz yaşım təbəssümüm Sən ol...

Eşqim Sən ol,Allahım...
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.