Duaya ehtiyacı olanlar üçün.

16 Ocak 2015
2 572
0
Duaya ehtiyacı olanlar üçün.
Duaya ehtiyacı olanlar üçün.

Saytımızın üzvləri və qonaqları! Allahın salamı və rəhməti üzərinizə olsun.

Təbii olaraq hər kəsin həyata keçməsini istədiyi duaları, arzuları və istəkləri var. Bu barədə mənə çoxsaylı məktublar gəlmişdir ki, həmin şəxslərin də dualarının qəbulu üçün xəbər hazırlayım. Bildiyiniz kimi hər kəs üçün ayrıca xəbər hazırlayıb sayta verə bilmərik. Amma istəklərinizi nəzərə alaraq dualara ehtiyacı olanlar üçün ümumi xəbər hazırlamağı qərara aldım.

Rəhman və Rəhim olan Allahın adı ilə.

Pərvərdigara, Sənin hər şeyi bürümüş rəhmətinə and verib, Səndən istəyirik, Səni vasitəsi ilə hər şeyə qalib gəldiyin qüvvətinə and veririk. Onun qarşısında hər şey baş əymiş və hər şey xar olmuşdur. Səni vasitəsi ilə hər şeyə qələbə çaldığın cəbərutuna and veririk. Sənin hər şeyi doldurmuş əzəmətinə and veririk. Sənin hər şeydən üstün səltənətinə and veririk. Sənin hər şey fəna olduqdan sonra qalacaq zatına and veririk. Sənin hər şeyin sütunlarını doldurmuş adlarına and veririk. Sənin hər şeyi əhatə etmiş elminə and verib istəyirik. Sənin hər şeyi işıqlandırmış zatının nuruna and verib istəyirik. Ey nur, ey hər eybdən pak, ey əvvəllərin əvvəli və ey axırların axırı. Ey bəndəsindən tez razı olan, İxtiyarında duadan başqa bir şey olmayan kəsin dualarını qəbul et.Butun xestelere şəfa ver. Çünki Sən istədiyini edirsən. Ey adı dəva, zikri şəfa, itaəti qüvvət. Rəhm et o kəsə ki, sərmayəsi ümid silahı göz yaşıdır. Ey nemətləri kamil və firavan olan. Ey bəla və çətinlikləri aradan qaldıran. Ey qaranlıqda qorxuya düşənlərin nuru. Ey oxumamış alim. Muhəmməd (s.ə.v) və ali Muhəmmədə xatir

Saytımızın üzvləri, qonaqları və saytımızdan istifadə edən hər kəsə:

Övlad həsrətində olanlara saleh övladlar bəxş et-Amin

Ziyarət istəyənlərə Məşhəd, Kərbəla, Həcc ziyarətləri qismət et! Amin

Xəstəliyi və xəstəsi olanların xəstəliyinə şəfa ver! Amin

Borcu olanların borcunu ödəmək üçün halaldan bi-minnət ruzi nəsib et! Amin

Həbsdə olanları, həbsdən azad olunması sevincini yaşat! Amin

Evi olmayanlara ev nəsib et! Amin

Acları doyuzdur, susuzları sirab elə! Amin

Rəhmətə gedənlərini qəriqi-rəhmət et! Əhli cənnət et! Amin

Səfərdə olanları, o cümlədən əsgərləri hifs elə! Sağ-salamat evlərinə qaytar! Amin

Çətində olanları, sıxıntılarını aradan qaldır! Amin

Subay xanımlara Hz Əli (ə) qeyrətli, subay bəylərə xanım Zəhra (s.ə) ismətli həyat yoldaşı nəsib et! Amin

Hər kəsin ürəyində nə istəyi varsa öz məsləhət bildiyin və xeyirli olanını qəbul et! Amin

Hacətlərini qəbul et! Amin

Ruzilərin qarşısını alan,bəla gətirən, ömrü azaldan, namaz və ibadətlərin qəbulunun qarşısını alan günahlarımızı bağışla! Amin

Yuxarıda sadalanan və sadalanmayan duaların qəbul olmağı üçün

Peyğəmbər (s.ə.v) və onun pak Əhli-beytinə (ə) dilimizdə 10 dəfə ucalı salavat deyək .

Allahın firavan salamı olsun peyğəmbərinə (s.ə.v) və onun ailəsindən olan pak imamlara.
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.