Lənətlənmiş “Porşe”

17 Eylül 2015
1 758
6
Lənətlənmiş “Porşe”
Lənətlənmiş “Porşe”

Təsadüflərə inanırsınız? Bəzən elə hadisələr olur ki, bilmirsən ona təsadüf deyəsən, ya yox. Mistika adlandırın, nə deyirsiz deyin , ancaq bu real faktdır. İnanılmaz olsa da.

Bu hadisə 1955-ci ildə baş verib. Həmin il sentyabrında bir neçə dəfə ralli qalibi olmuş Ceyms Din özünün “Porshe” idman avtomobilində qəzaya uğrayaraq həlak oldu. Sürücünü dəfn etdilər, yarasız hala düşmüş avtomobili isə zibilliyə atmaq əvəzinə təmir etməyə qərar verdilər. Hər şey bundan sonra başladı...

Əzilmiş avtomobili təmir olunmaq üçün yük maşının yedəyinə qoşdular. Qaraja çatarkən qəfildən maşının mühərriki qoparaq ustanın ayaqları üstünə düşür. Onun hər iki ayağı bir neçə yerdən sınır.

Bir qədər sonra avtomobilin mühərrikinə müştəri tapılır. Alıcı varlı-hallı həkim idi və o, mühərriki idman avtomobilinə yerləşdirir. Az keçmiş həkim elə Ceyms Din kimi qəzaya uğrayaraq həlak olur.

Maraqlıdı ki, bu lənətlənmiş avtomobilin təmir olunduğu və ustanın ayağının sındığı qaraj günlərin bir günü yanaraq külə dönür.

“Porshe”ni yedəyində qaraja gətirən yük avtomobilinin də taleyi nəhs gətirir. Orlando şəhərində sürücü idarəetməni qəfil itirərək bir supermarketin vitrinindən içəri keçir. Qəzadan xeyli adam zərər çəkir.

Nəhayət, lənətlənmiş avtomobili Sokramento ştatında muzeylərdən birinin vitrininə qoyurlar. 1969-cu ildə avtomobil öz-özünə 11 yerə parçalanır, vitrindən aşaraq eksponata tamaşa edən bir yeniyetməni yaralayır.

Bundan sonra avtomobili zibilliyə atırlar.

RƏYLƏR
  1. ...:::NiHaD:::...
    Təsadüflərə inanıram maraqlı xeberdi heç bu haqda bilmirdim tek bu maşın deyil elə evlər varki satıllr ancaq alan adam yenə hemon evi satır əsilinde bu aftomabil belə .olmazdı onun ilk sahibinin ruhu o maşında çıxıb nəbilim bəzəndə deyilərki öz qalanda yani ölən adamın gözü o evdə maşı da qalanda ondan heç kim xeyir tapmır həda bəzi ölkələrdə belə bir onacda varki ölü öldüsə onun evində nə varsa atıllar ucuz və baha heç ferq etmir əsas oduki onun gözü qalan əşyalarından heç kimə xeyir gəlməz ...bəlkədə çoxlarınız şəhimi qınıya bilərsiz anca mən öz göxlərimlə görmüşəm səbəbində soruşduqum zaman aldıqım cavab budur ...təşəkkür
  2. Eylül
    Sitat: Jessica

    Fikirləriylə tam raıyam maraqlı idi təşəkkürlər
  3. crazy_reniw
    yeqin zibilliye atdiqdan sora da nese eliyib bu porshe axi lenetlenib :D
    heyatda bele seyler olur mocuzedir ...
  4. sevgi^_^
    Cooox maraqli idi hec ewitmemiwdim melumatimda yox idi twkler
  5. allah bendesi
    maraqli xeberdir jessica duz qeyd edib mende raziyam onun fikiri ile tewekkurler
  6. Jessica
    Təsadüflərə inanıram maraqlı xeberdi heç bu haqda bilmirdim tek bu maşın deyil elə evlər varki satıllr ancaq alan adam yenə hemon evi satır əsilinde bu aftomabil belə .olmazdı onun ilk sahibinin ruhu o maşında çıxıb nəbilim bəzəndə deyilərki öz qalanda yani ölən adamın gözü o evdə maşı da qalanda ondan heç kim xeyir tapmır həda bəzi ölkələrdə belə bir onacda varki ölü öldüsə onun evində nə varsa atıllar ucuz və baha heç ferq etmir əsas oduki onun gözü qalan əşyalarından heç kimə xeyir gəlməz ...bəlkədə çoxlarınız şəhimi qınıya bilərsiz anca mən öz göxlərimlə görmüşəm səbəbində soruşduqum zaman aldıqım cavab budur ...təşəkkür
RƏY ƏLAVƏ ET
Bilgilendirme
Yorum Ekleyebilmeniz için Sitemize Kayıt Olmanız Gerekmektedir.