Tarixin ən məşhur Azərbaycan Qadınları.

19 Mart 2015
1 549
3
Tarixin ən məşhur Azərbaycan Qadınları.
Tarixin ən məşhur Azərbaycan Qadınları.


Azərbaycan tarixində Məhsəti Gəncəvi, Heyran xanım, Aşıq Pəri, Xurşidbanu Natəvan kimi şairələr, Uzun Həsənin anası Sara Xatun, Qaçaq Nəbinin ömür yoldaşı Həcər xanım kimi qadınlar olub.

Tarixin ən məşhur Azərbaycan qadınlarının bəzilərini təqdim edirik.

İlk azərbaycan yazıçısı Şəfiqə Əfəndizadə.
General A. Şixlinskinin həyat yoldaşı, 1-ci dünya müharibəsində ilk tibbi yardıma başçılıq edən Nigar Şıxlinskaya.
İlk azərbaycanlı kimyaçı-qadın – İzzət Orucova.
İlk həkim-ginekoloq – Ədilə Şaxtaxtinskaya.
Azərbaycan Tarix Muzeyinə başçılıq edən – tarixçi, akademik Püstəxanım Əzizbəyova.
İlk peşəkar opera müğənniləri – Fatma Muxtarova və Şövkət Məmmədova.
İlk sənətkar rəssamlar – İzzət Seyidova, Gülnaz Salamova, Ceyran Topçubaşova, Vəcihə Səmədova, Güllü Mustafayeva.
İlk heykəltəraş qadınlar – Elmira Hüseynova, Münəvvər Rzayeva.
İlk sənətkar balerinalar – Qəmər Almaszadə, gözəl sənət ustası Leyla Vəkilova.
Məşhur rəqqasələrimiz - Əminə Dilbazi; Roza Cəlilova.
Dünya çempionları, idmançılar – Aynur Sofiyeva və stend üzrə nişanalma idman növündə Olimpiya Çempionu Zemfira Məftixatdinova.
Azərbaycan elminin inkişafında parlaq yer tutan akademik Zərifə Əliyeva.
Yazıçılar – Əzizə Cəfərzadə və Ələviyyə Babayeva.
Caz-muqam sintezini əldə edən bəstəkar Firəngiz Əlizadə.
Şərqdə ilk opera yazan bəstəkar qadın- Şəfiqə Axundova.

Mənbə-/Axşam.az/
Əvvəlki Xəbər Növbəti Xəbər
RƏYLƏR
_ESTRELLA_
lap yaxsi ........................
..::TeHLuKe::..
maraqli idi sagol...
User1
  • User1
  • 19 Mart 2015 16:52
evvel taninmiw olsalarda indi unudulublar
RƏY ƏLAVƏ ET